Nida.az
Qubad İbadoğlu: “Nominal başqan real başqanın tapşırığını icra etdi”
“Müsavat Partiyası Divanı vədinə xilaf çıxdı. Müzakirələrin açıq şəkildə aparılmasına, videoçəkilişin reallaşdırılmasına əvvəlcədən verdiyi razılığı son anda pozdu. Saxta rəhbərlik, qondarma Divan üzvləri xalqın, sıravi müsavatçıların 100 ildən çox tarixi olan bir partiyada qərarların necə avtoritar, necə ədalətsiz qəbul edildiyini görməsindən çəkinərək, saxta demokrat kimliklərinin aşkara çıxmasından, maskalarının cırılmasından qorxdular”.
Publika.az xəbər verir ki, bu barədə dünən Müsavat
Partiyası sıralarından çıxarılan ADR təsisçisi Qubad İbadoğlu
deyib.
O, partiyadan çıxarılacağını əvvəlcədən bildiyini qeyd edib: “Bağlı
qapılar arxasında toplaşan saxta hakimlər mənim partiyadan
uzaqlaşdırılmağıma fərman verdilər. Mən məhz bu qərarın
çıxarılmasını əvvəlcədən gözlədiyimdən “divantutma”nın açıq şəkildə
keçirilməsinə çalışırdım. Bir neçə gün əvvəl sosial şəbəkə
vasitəsilə bu idbar məhkəmənin üzvlərini və onların əlaltılarını
kişi kimi mübarizə aparmağa çağırmışdım. Lakin nə fayda, onlarda
olmayanı onlardan ummağa dəyməzmiş!”
Q. İbadoğlu qeyd edib ki, o, xeyli əvvəldən bu sifarişin nominal
başqanın yox, real başqanın verdiyini bilirmiş.
“Bu gün, sadəcə, üstdən aldığı sifarişi icra etmək üçün toplaşan
altdakılar götürdükləri öhdəliyi icra etdilər. Görəsən, bu adamlar
qurultaydan sonrakı 4 ay ərzində Müsavat başqanlığına namizədlərdən
ikincisini partiyadan uzaqlaşdırdıqlarının fərqindədirlərmi?
Görünən kəndə nə bələdçi. Bu qərar Müsavatda aparılan
repressiyaların tərkib hissəsidir və çox şübhəsiz ki, sonuncu
olmayacaq. Bu gün Müsavat Partiyasında bir kabus dolaşmaqdadır. Bu
kabusun adı avtoritarizmdir. Bu kabusun adı müstəqil fikirləşənin,
düşündüyünü deyənin “dilini kəsmək siyasətidir”. Bu kabusun adı
Müsavatı manqurtlaşdırmaq cəhdidir”, - deyə o bildirib.
Q. İbadoğlu tərəfdarlarını ruhdan düşməməyə çağırıb: “Qətiyyən
ruhdan düşməyin. Bu qondarma, qeyri-legitim rəhbərlik istədiyinə
nail ola bilməyəcək. Bütün kabuslar kimi onların da küləklə
sovrulacağı gün gələcək və o gün uzaqda deyil. Biz Məhəmməd Əmin
Rəsulzadənin bu xalqa miras qoyduğu milli məfkurənin bir tayfanın,
bir qrupun əlində oyuncağa çevrilməsinə imkan verməyəcəyik. “İlan
ulduz görməsə, ölməz” deyib atalarımız. Ulduzun görünməsinə,
parlament seçkilərinə elə də çox qalmayıb”.
Q. İbadoğlunun çıxarılmasına münasibət bildirən başqanlığa keçmiş
namizəd Səxavət Əlisoy Publika.az-a açıqlamasında
Müsavatın demokratiyadan, söz azadlığından danışmağa haqqının
olmadığını bildirib: “Vaxtilə Əşrəf Mehdiyev və Etibar Məmmədov
Heydər Əliyevə prezident seçkilərində rəqib oldular və hər ikisi,
xüsusən Əşrəf Mehdiyev Heydər Əliyev barəsində çox sərt ifadələr
işlətdi. Heydər Əliyev prezident seçildikdən sonra çoxları onun
alternativlərinə qarşı sərt olacağını təxmin edirdi. Lakin olmadı.
İsa Qəmbər və Cəmil Həsənli prezident seçkilərində İlham Əliyevə
rəqib oldu.
Ancaq İlham Əliyev də rəqibləri barədə cəza tədbiri seçmədi. Ancaq “Demokrat” Hacılı Müsavatın VIII qurultayında saxta yolla başqan olduqdan sonra görün hansı oyundan çıxdı. Başqanlıq seçkisində rəqibi olan 3 müsavatçıdan ikisini partiya sıralarından xaric etdi. Onun göstərişi ilə neçə müsavatçı partiya cəzası aldı. Bu faktlar ortadadırsa, Müsavat hansı haqla demokratik dəyərlərdən danışa bilər? Bir anlığa təsəvvür edin ki, ona hakimiyyətdə hər hansı bir vəzifə həvalə edilib (hərçənd ki, bunu Hacılı yalnız yuxusunda görə bilər). Adam nələr etmək eşqinə düşərdi. Tanrı dağına baxıb qar verər. Hacılı cılız adamdır, onu yaxından tanıyanların hər biri onun nə qədər cılız olduğunu gözəl bilir. Zat cılız olduğu üçün Müsavatı da özünə oxşatmaqda qərarlıdır”.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu