Nida.az
Müsavatın qurucuları Arif Hacılıya qarşı çıxdı: “Repressiyalar, cəzalar...”
Bir qrup tanınmış müsavatçı Müsavat Partiyasında baş verənlərlə bağlı bəyanat yayıb.
Publika.az-a daxil olan bəyanatda başqanlığa sabiq
namizəd Qubad İbadoğlunun partiyadan kənarlaşdırılması ilə bağlı
Müsavat rəhbərliyinə müraciət edilib.
“Son günlər Müsavat Partiyası daxilində partiyanın siyasi xəttindən
və idarəçiliyindən narazı olan üzvlərə qarşı repressiyaların
genişlənməsi, onlara müxtəlif vasitələrlə təzyiqlər edilməsi,
cəzaların verilməsi, tənqidi mövqedə olan üzvlərin partiya
sıralarından çıxarılması bir tərəfdən partiyanın rəhbər
strukturlarına etimadı, digər tərəfdən də partiyanın ictimai
nüfuzunu azaldır. Müsavat Partiyası Divanının sonuncu toplantısında
partiya başqanlığına sabiq namizəd, son seçkilərdə qurultay
nümayəndələrinin 46 faiz səsini qazanmış, tanınmış iqtisadçı-alim
Qubad İbadoğlunun heç bir nizamnamə pozuntusuna yol vermədiyi halda
partiyadan çıxarılması, partiyanın Qadınlar Birliyinin sədri Ellada
Məmmədliyə xəbərdarlıq edilməsi onsuz da mürəkkəb olan
partiyadaxili durumu daha da gərginləşdirib. Bütün bunlar Müsavat
Partiyasının bərpasında və quruculuğunda iştirak edən, onun
inkişafında xidmətləri olan biz müsavatçı ziyalıları ciddi şəkildə
narahat edir”, - deyə bəyanatda bildirilib.
Bəyanata imza atanlar hesab edir ki, partiyanın mərkəzi
orqanlarının tənqidi fikirlərinə görə üzvlərə qarşı tətbiq etdiyi
cəzalandırma kursu şərəfli tarixə malik olan, qarşısına ölkəni
demokratikləşdirmək və azadlıqları təmin etmək missiyası qoyan,
hazırda liberal inkişaf xətti götürmüş Müsavat Partiyasının imicini
korlayır, partiyanın gələcəyinə olan inamı azaldır.
Bəyanatda hazırkı duruma görə ən çox məsuliyyətin partiyanın indiki
rəhbərliyinin üzərinə düşdüyü deyilir və bir sıra çıxış yolları
təklif olunur.
“Partiyadaxili demokratiya üçün mövcud olan maneələr aradan
qaldırılsın, siyasi plüralizmə, fikir müxtəlifliyinə şərait
yaradılsın, söz və ifadə azadlığına əməl olunsun, tənqidi
mövqelərinə görə partiya üzvlərinin cəzalandırılmasına son
qoyulsun, repressiyalar dayandırılsın. Partiyada barışıq mühiti
yaradılsın, həmrəyliyə və birliyə yönələn açıq və geniş formatda
müzakirələr aparılsın, partiyadaxili dialoqlar təşkil olunsun.
Partiya üzvlüyündən çıxarılmış şəxslərlə bağlı partiyanın müxtəlif strukturlarında verilmiş qərarlara yenidən baxılsın, onlar nizamnamə normalarına uyğunlaşdırılsın. Partiyada bölücülüyə şərait yaradan, onun bütövlüyünə xələl gətirən çağırışlara son qoyulsun. İnanırıq ki, partiya rəhbərliyi bizim bu müraciətimizi qısa zamanda müsbət dəyərləndirərək, Müsavat Partiyasının qurucusu Məhəmməd Əmin Rəsulzadədən bizə miras qalmış təsanüdçülük, birlik və həmrəylik kimi ülvi dəyərlərə hörmətlərini nümayiş etdirərək, tezliklə partiyada barışığa və həmrəyliyə nail olacaqdır”, - deyə müsavatçılıq qeyd edib.
Bəyanata Mehman Cavadoğlu, Məryəm Oruclu, Almaz Əliqızı, Adil
Qeybulla, Vurğun Əyyub, Rafiq Bəy İsmayıl, Məlahət Mürşüdlü, Hökümə
İbrahimli, İbrahim İbrahimli, Novella Cəfəroğlu və Səidə Qocamanlı
imza atıb.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu