Nida.az
Nüşabə Sadıxlı: “Müsavat başqanının qadın olması yaxşı olar”
“Müsavatda qadın başqanın olması daha yaxşı olar”.Bu barədə Müsavat
Partiyasının Divan üzvü Nüşabə Sadıxlı Publika.Az -a açıqlamasında deyib. Onun
sözlərinə görə, qadın həmişə cəmiyyətdə əsas rol oynayıb: “Hətta o
zaman AXCP daxilində Yurdla bağlı problemlər yarananda Əbülfəz
Elçibəy məhz barışdırıcı mövqedən çıxış edərək bu problemi həll
etmək üçün məni özünə müşavir təyin etmişdi. Təəssüf ki, o rəhmətə
getdi və bu proses az çəkdi. Təbii ki, qadının başqan olması çox
yaxşı olar. Amma bu situasiyadan asılı olan məsələdir. Başqanlıq
daha çox idarəçiliklə bağlı olduğu üçün kim daha yaxşı idarəçiliyi
bacarsa o da seçiləcək”.
N. Sadıxlı qeyd edib ki, başqanlığa namizədlərin hər birinin
bəlli elektoratı var. Onun sözlərinə görə, Müsavatda qadınlar
qadın, gənclər gənc namizədi dəstəkləyəcək kimi məsələ
yoxdur.“Düşünürəm ki, başqalığa namizədliyimi versəm məni
dəstəkləyən kifayət qədər insan olacaq. Lakin bu barədə düşünsəm
də, hələ 100 faiz deyil. Çünki rəsmi olaraq heç kəs namizədliyini
verməyib, namizədlər ortaya çıxandan sonra qərarımı
dəqiqləşdirəcəm. Hazırda bu məsələ israrlı deyiləm”-deyə Divan üzvü
vurğulayıb.
Asif
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan