Nida.az
Hacı Şahin mətbuata müraciət etdi
Məşədi Dadaş məscidinin imam-camaatı, "Mənəvi Dünya" İctimai Birliyinin (İB) sədri, tanınmış ilahiyyatçı hacı Şahin Həsənli “Sovetski” adlanan ərazidəki evləri sökülən camaatın guya onun tərəfindən qızışdırılması ilə bağlı yayılan məlumatlara cavab verib.
İlahiyyatçı Ş.Həsənli Publika.Az-a açıqlamasında yayılan məlumatların təxribat xarakterli olduğunu bildirib: “Məzmunundan da göründüyü kimi absurd ittihamdır. Yəni, heç zaman bu cür proseslərə qarışmamışıq. Orada baş verənlərin bizimlə heç bir əlaqəsi yoxdur.
Burada vətəndaşlar sosial məsələlərlə bağlı müvafiq qurumlara müraciət edib, məsələ həll edilir. Təbii ki, bu məsələlərin mənə heç bir aidiyyatı yoxdur. Bu, sadəcə bizim radikallığa qarşı tutduğumuz mövqe ilə bağlıdır. Son dövrlərdə bizimlə bağlı bu cür “kompromat” materiallar mətbuata ötürülür, cəfəngiyat xarakterli müxtəlif məlumatlar yayılır. Radikallar elə hesab edir ki, bu cür məlumatlarla bizi gözdən sala biləcək. Ancaq bu mümkün olmayacaq. Çünki bu cür məlumatlar qeyri-ciddi və əhəmiyyətsizdir. Mən mətbuata da müraciət edirəm ki, bu cür məlumatları yaymasınlar. Çünki bunun heç bir əsası yoxdur, uydurma fikirlərdir”.
Xatırladaq ki, “Axar.az”ın ünvanına göndərilən məktubda Azərbaycan şiələri içərisində nüfuz sahibi olan Hacı Şahin haqqında “Sovetski”dəki əhalinin qızışdırması ittihamı əksini tapmışdı.
Vasif Həsənli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu