Nida.az
Rixard Kissler: “Dağlıq Qarabağda məhkumluq atmosferi hökm sürür”
Almaniyanın “Spiegel” jurnalının müxbiri olmuş publisist, siyasi analitik Rixard Kissler Dağlıq Qarabağda erməni işğalı ilə bağlı müşahidə etdiklərindən danışıb.
Publika.az xəbər verir ki, almaniyalı publisist
ermənilərin Xocalıda azərbaycanlılara qarşı etdiklərini əsl
soyqırımı adlandırıb: “Mən Xocalıda olmuşam. Yalnız onu deyə
bilərəm ki, kədərli, boşaldılmış mənzərə dəhşətlidir. Hər yerdə
dağıntıların izi görünür. Sizi ermənilərin xaraba qoyduğu şəhər
qarşılayır. Mən onların bir neçəsinə Xocalı haqda sual vermək
imkanı tapdım. Amma onlar ya heç nə bilmədiklərini deyir, ya da bu
haqda ümumiyyətlə eşitmək istəmirdilər. Onlar faciənin tarixini
tamamilə təhrif edərək iddia edirdilər ki, guya azərbaycanlıları
Azərbaycan ordusu güllələyib. Bu absurddur”.
R. Kissler daha sonra Şuşa xarabalıqlarından danışıb.
“Əgər siz daha sonra Şuşaya getsəniz, burda kitabxana
xarabalıqlarına, dağıdılmış məscidə rast gələrsiniz. Bütövlükdə mən
Dağlıq Qarabağda heç bir iqtisadi tərpəniş görmədim. Ora heç kim
sərmayə qoymur. Ermənilərdə pul yoxdur, Rusiya isə bu məsələyə
qarışmır. Dağlıq Qarabağ çox gözəl yerdir. Amma hazırda orada
məhkumluq atmosferi hökm sürür”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR