İŞİD zülmü altındakı azərbaycanlılar Bakıya səsləndi: “Bizi qurtarın”
Bizi izləyin

Nida.az

İŞİD zülmü altındakı azərbaycanlılar Bakıya səsləndi: “Bizi qurtarın”

“İraq türkmanları İŞİD terroru qarşısında çətin durumda qalıb. Belə bir vəziyyətdə yardım üçün ağıla ilk olaraq iki ölkə gəlir. Türkiyə və soy-kök baxımından türkmanlara daha yaxın olan Azərbaycan”.


Bu barədə Publika.az-a açıqlamasında Kərkükdə yaşayan türkman jurnalist Özdemir Hürmüzlü bildirib.


Onun sözlərinə görə, türkmanlar aylardır İŞİD zülmündən əziyyət çəkir: “Bir çoxları köçüb gedir, bir çoxları isə İŞİD tərəfindən öldürülüb. Biz təbii olaraq yanımızda olanlardan dəstək gözləyirik. Yanımızda olan Bağdad hökuməti heç bir yardım etmir. Bizim ümidimiz qan qardaşlarımız olan türklərdir. İlk növbədə Türkiyədən yardım gözləyirik.

Amma Türkiyənin xarici siyasətində türkmanlarla bağlı məsələlər, demək olar ki, yoxdur. Buna görə də Türkiyədən yalnız humanitar yardım almışıq. Bizim ümid etdiyimiz əsas ölkələr sırasında Azərbaycan birinci yerdədir. Çünki İraq türkmanları kök, mədəniyyət, dil baxımından azərbaycanlılara daha yaxındır. Azərbaycana gedərkən biz özümüzü evimizdəki kimi hiss edir, Bakıda olarkən sanki Kərkükdəyik kimi qəbul edirik. 8 aydır məruz qaldığımız İŞİD zülmünə qarşı Azərbaycan bizə yardım etməlidir. Biz öz qardaşlarımızdan bunu gözləyirik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm