Nida.az
"Albert Eynşteyn" Milli Şuranın mitinqinə qatılacaq" - ŞƏRH
"Əli Kərimli bütün fəaliyyətini ona yönəldib ki, 1-ci Avropa Oyunlarının Azərbaycanda keçirilməsinin qarşısı alınsın. Bu iddia ilə bəzi beynəlxalq təşkilatlar da çıxış edir. Bu təşkilatların birbaşa erməni lobbiçilərinə yaxın olması şübhə doğurmur".
Bu barədə Publika.az-a Milli Şuranın 15 mart mitinqini şərh edən BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib.
Niyaməddin Orduxanlı hesab edir ki, Əli Kərimli manatın ucuzlaşmasından sadəcə öz çırkin məqsədləri üçün istifadə etmək istəyir: "Azərbaycan xalqı yaxşı bilir ki, Əli Kərimlinin əsl niyyəti başqadır. Bu mitinqi ona görə keçirdir ki, görsün xalq indiki vəziyyətdə ona dəstək verəcək, ya yox. Birmənalı şəkildə deyirəm ki, Azərbaycan xalqının böyük əksəriyyəti Əli Kərimlinin xəyanətkar oldugunu çox yaxşı bilir. Bu mitinqdə də az sayda insan iştirak edəcək. İştirak edənlər də Əli Kərimlinin yaxın ətrafı və onların ailə üzvləri olacaq. Yəni kütləvi şəkildə bu mitinqdə iştirak gözlənilmir. Bir neçə gün bundan qabaq Əli Kərimli "Facebook" sosial şəbəkəsində mitinqə çağrış eventi yaradıb. Həmin eventdə 1400 nəfər mitinqdə iştirak edəcəyini təsdiq edib. Kiçik bir araşdırma apardım. Elə həmin eventdə istirakını təsdiq edən şəxslərin "Facebook" səhifələri ilə tanış oldum. Təsəvvür edirsiniz, "Albert Eynşteyn, Too Luk Skyward, Çeçenka Balamın Çolkalı Balası, Moroglu Pirok, Henry Ford, Roland Aybach, Jordan İbe, Portret Sifarişi, Sad Bin Abu Vaqqas, Love Rab, Arbiter Eleqantiae, Masal Hayat, Ero-Off, Ayka-off, Sabişka" adlı xeyli saxta profillərdir. Bu profillərin hər birinin yaradıcısı Əli Kərimli və onun məlum dəstəsidir. Bu adamlar bu cür saxtakarlıqla təbliğat aparırlar. Kimin buna şübhəsi varsa, həmin eventə daxil olub bütün bunların canlı şahidi ola bilər".
Niyaməddin Orduxanlı həmçinin bildirib ki, Milli Şuranın özü mitinq
günü təxribat törədə bilər: "Mitinqdə baş verəcək biabırçılıqlarını
ört-basdır etmək üçün Əli Kərimli istənilən varianta əl ata bilər.
Bir neçə gündür ki, hay-küy qoparır. Guya Cəmil Həsənlinin
səhifəsini ələ keçirdiblər və təxribata əl atıblar. Bunu qəsdən
yayır. Kimə lazımdır Cəmil Həsənlinin səhifəsi? Neçə olur ki, Cəmil
Həsənlinin səhifəsini ələ keçirdirlər, sənin səhifəni yox? Bunu
etmək lazımıdırsa, elə Əli Kərimlinin səhifəsini ələ keçirdərdilər.
Göründüyü kimi, bu adam bütün diqqəti özünə cəlb etmək istəyir.
Əsas məqsəd cəmiyyəti özünə cəlb etməkdir. Bu, onun köhnə
peşəsidir. Stəkanda firtına görüntüsünü yaratmağa cəhd edir.
Bilərəkdən Əli Kərimli Cəmil Həsənliyə tapşırıb ki, bu cür xəbər
yay və sonra da təkzib verək ki, bu təxribatdır. Bu vasitə ilə
mitinqə gələnlərin sayını artıracağını güman
edir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR