• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Obamaya çağırış: “Siyasi teatrı burax, Bakı ilə əlaqələri gücləndir”

  • Nida.az
  • 14 Mart 2015 08:29
  • 631 Baxış
Obamaya çağırış: “Siyasi teatrı burax, Bakı ilə əlaqələri gücləndir”

ABŞ-ın “The Hill” nəşrində yayımlanan “Dünyada terror müharibəsində ABŞ Azərbaycanla əlaqələri gücləndirməlidir” başlıqlı məqalə dərc olunub.

Publika.az xəbər verir ki, Rennio Şousun qələmə aldığı məqalədə müəllif Vaşinqtonu Bakı ilə əlaqələri möhkəmləndirməyə çağırıb.

“Konqresdə xidmət edərkən nümayəndələr palatasında işləməyim mənə Kapitolu təpəsində daha yaxşı perspektivlər vermişdi. Mən bizim liderlərimizin xarici siyasətdə üzləşdiyi ən böyük iddiaları başa düşməyə çalışıram. Bu yaxınlarda buna nümunə olacaq iki hadisə baş verdi. 47 respublikaçı senator İran liderinə nüvə danışıqları haqda məlum müraciət ünvanladı. Digər tərəfdən, İŞİD-in “islam dövləti” kimi çağırılması məsələsi gündəmə gəldi. Bu məsələlərin hər iki siyasi teatrdır və Amerikanın zərərinədir. Əgər biz ölkəmizə real təhdid olan bu terrorçu qruplaşımalarla mübarizəni seçiriksə, Birləşmiş Ştatların xarici prioriteti bu qüvvələrə qarşı müsəlman dövlətləri ilə ittifaq qurmaq olmalıdır. Lakin bu da sual altındadır. Mülayim islam millətləri bu ittifaqları tənqid edir. Çünki ABŞ ordusu yer kürəsində terrorçularla mübarizə apararkən onlar bunun İslama qarşı olduğunu düşünürlər”, - deyə müəllif qeyd edir.

Məqalədə müsəlman ölkəsi olaraq Azərbaycanın ABŞ-a sadiq müttəfiq olmasına diqqət çəkilir: “Ötən bir neçə ayda Azərbaycanla əlaqələrimiz haqda çoxlu müzakirələr aparıldı. Hesab edirəm ki, biz konstruktiv ABŞ müttəfiqləri arasında Azərbaycanla münasibətlərimizi gücləndirməliyik. Azərbaycan əhalisinin 95 faizi müsəlmandır. Buna baxmayaraq, ölkə yəhudilərin yaşayış şəraiti çiçəklənir. Faktiki olaraq, Azərbaycanda sülhə yaşayan bir neçə dini kəsim var. Paytaxt Bakıda yəhudilərin möhtəşəm sinaqoqu göz oxşayır”.

Müəllif yazır ki, Azərbaycan İsrailin müttəfiqi kimi özünü sübut edib: “İki ölkə arasında güclü iqtisadi münasibətlər var. İsrailin neft ehtiyaclarının 40 faizini Azərbaycan ödəyir. Əvəzində Azərbaycan İsraildən yeni texnologiya və silah alır. Azərbaycanla münasibətlər qurarkən biz bu ölkənin dünyanın ən təhlükəli regionunda ABŞ-ın müttəfiqinə yardım etdiyini nəzərə almalıyıq. ABŞ və İsrail liderlərinin son dövrlər gərgin münasibətlərə malik olmasına baxmayaraq, biz hər iki millətin düşməninin eyni olduğunu bilirik. Azərbaycan da müsəlman dövləti olmasına baxmayaraq, İsraillə çox yaxşı münasibətlər qurub”.

Məqalədə Azərbaycanın Əfqanıstan müharibəsi zamanı Birləşmiş Ştatların etibarlı müttəfiqi olduğu qeyd olunur.

“Azərbaycan Əfqanıstana yüklərin və qoşunların daşınması üçün öz hava məkanını ABŞ-ın üzünə açdı. Öz sülhməramlılarını bura göndərdi. Keçmiş müdafiə naziri Robert Gets buna görə Azərbaycanı təriflədi. Əminəm ki, Azərbaycanla isti münasibətləri möhkəmləndirsək, dünya ABŞ-ın İslamla mübarizə aparmadığını görər. Hər kəs ABŞ və İsrailin hədəfində müsəlmanlar yox, terrorçular olduğunu bilər. Azərbaycan uzun illər dəmir pərdənin arxasında yaşayıb və hazırda yeni demokratiya qurulan ölkədir. Ümid edirəm ki, Birləşmiş Ştatlar qərar qəbul edəndə Azərbaycanın müttəfiq olduğunu və bu ölkə ilə əməkdaşlığın maraqlarımıza uyğun olduğunu nəzərə alacaq. Konqres siyasi teatrı buraxmalıdır. Əgər biz məqsədimizin islam yox, terrorçuların məhv olması olduğunu sübut etmək istəyiriksə, o zaman Azərbaycan kimi müsəlman ölkəsi ilə əməkdaşlığa ehtiyacımız var”, - deyə müəllif vurğulayır.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR