Nida.az
Qarsın küçələri Azərbaycan və Türkiyə bayraqları ilə bəzəndi – FOTOLAR
Azərbaycan və Türkiyə prezidentləri – İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın Qarsa səfəri ilə bağlı hazırlıq işlərinə start verilib.
Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, artıq Qars vilayətinin bir sıra əsas küçə və yollarında Azərbaycan və Türkiyə bayraqları asılmağa başlayıb. Bayraqla bəzədilən məkanlar arasında Qarsın məşhur bulvarı da var.
Qars vilayətinin başçısı Günay Özdemir bildirib ki, martın 17-də Azərbaycan və Türkiyə prezidentlərinin gözlənilən səfəri çərçivəsində Qarsda Heydər Əliyev adına Sənaye Peşə Liseyinin də açılış mərasimi keçiriləcək: “Təbii ki, burada ən əhəmiyyətli məsələ TANAP layihəsinin açılışı ilə bağlı olacaq. Bu tarixi enerji layihəsinin təməlqoyma mərasiminin Qarsda keçirilməsi bizim üçün böyük əhəmiyyət kəsb edir”.
Xatırladaq ki, martın 17-də Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə Qarsda TANAP layihəsinin təməlqoyma mərasiminin keçirilməsi nəzərdə tutulub.
Vasif Həsənli
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu