• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Əli Əliyevə cavab: “Şeytandan da pisi ilə yola getmək olmaz”

  • Nida.az
  • 19 Fevral 2014 14:46
  • 471 Baxış
Əli Əliyevə cavab: “Şeytandan da pisi ilə yola getmək olmaz”

“Buna Eldar müəllimin cavab versə daha düzgün olar. Amma siyasət komediya deyil ki. Debata çağıran adam anlamır ki, güclər bərabər deyil. Bununla özünü gülüş hədəfinə çevirir”.

Bu barədə “El” hərəkatının Ali Məclisinin sədri Eldəniz Quliyev Publika.Az –a açıqlamasında Vətəndaş və İnkişaf Partiyasının (VİP) Əli Əliyevlə Eldar Namazovun debatını təşkil etməklə bağlı təklifinə münasibət bildirib.
E. Quliyev qeyd edib ki, bir tərəfdə əxlaq, ədalət və demokratik dəyərlər uğrunda mübarizə dayanır, o biri tərəfdə ancaq quru iddia.

“Buna görə də bu pafoslu müraciətlər, sözün doğrusu, məndə şəxsən gülüş doğurur. Marksın bir sözü var: milli mənafe, əqidən üçün şeytanın özü ilə də əməkdaşlıq etmək olar. Amma şeytandan da pisi ilə yola getmək olmaz. Bu dəqiqə Azərbaycan siyasi palitrasında Vətəndaş və İnkişaf Partiyası deyilən partiya yoxdur. Onlar özlərini pərçimləmək istəyir. Bunun üçün istənilən vasitədən yararlanır. Bu olmayan və özündən böyük iddialarla çıxış edən, kiminsə süni sürətdə az qala hava şarı kimi üfürdüyü siyasi qurumdur ki, mövcud da deyil”-deyə o diqqətə çatdırıb.
Qeyd edək ki, Əli Əliyevin müavini Cavid Alışovun adından fevralın 19-da “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna ünvanlanan rəsmi məktubdan belə məlum olur ki, Əli Əliyev Eldar Namazovla məhkəmədə yox, qəzetin redaksiyasında debatda qarşı-qarşıya gəlmək istəyir. Baş redaktora ünvanlanan məktubda VİP sədrinin müavini “Yeni Müsavat”ın Əli Əliyevlə Eldar Namazovun debatını təşkil etməyi təklif etdiklərini bildirib. Məktubda deyilir: “2014-cü ilin fevral ayının ilk günlərindən etibarən “Yeni Müsavat” qəzetində El Hərəkatı adlı qurumun Ali Məclisinin sədri Eldəniz Quliyev və daha sonra adıçəkilən təşkilatın rəhbəri Eldar Namazovun Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, o cümlədən, VİP üzvlərinə yönəlik açıqlamaları dərc edilib. E.Namazov “Yeni Müsavat” qəzetində işıq üzü görən müsahibə və açıqlamalarında VİP, onun sədri Əli Əliyev əleyhinə ittiham xarakterli əsassız və hüquqi məsuliyyət yaradacaq fikirlər səsləndirib. Eyni zamanda VİP sədri Əli Əliyev də El Hərəkatı və onun rəhbərinə yönəlik bir sıra ciddi açıqlamalarla çıxış edib. Tərəflər arasında uzun müddətdir mediada, o cümlədən “Yeni Müsavat” qəzetinin səhifələrində davam edən bu virtual mübarizədə kimin mövqeyinin haqlı olduğunu müəyyənləşdirmək məqsədilə redaksiyanızda Əli Əliyevlə Eldar Namazov arasında debatın təşkil olunması təklifini irəli sürürük. Bu təşəbbüsün tərəfinizdən anlayışla qarşılanacağına və dəstəklənəcəyinə inanmaq istəyirik”.
“Yeni Müsavat” redaksiyası belə bir debata hazır olduğunu bildirib.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR