Nida.az
Tural Abbaslı deputatlığa namizədliyini verəcək: “Əksini düşünmək məni narahat edir”
“Qarşıdan gələn parlament seçkilərində namizədliyimi vermək fikrindəyəm”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Divanının
keçmiş üzvü Tural Abbaslı deyib.
Onun sözlərinə görə, namizədliyini Nəsimi rayonu 21-ci seçki
dairəsindən irəli sürəcək: “2010-cu ildə də burdan vermişdim. Bu
dairə mənə tanışdır və işləmək daha rahat olacaq”.
Müxalif gənclər parlament seçkiləri ilə bağlı birlik yarada
bilər
T. Abbaslı tanınmış müxalif gənclərlə birlikdə parlament
seçkilərinə Koordinasiya Mərkəzində birləşərək qatılmaq ideyasının
olduğunu da bildirib: “Belə bir təşəbbüs var və bu istiqamətdə
artıq bəzi işlər görülüb, danışıqlar aparılır. Çalışırıq ki,
namizədliklərini vermək niyyətində olan və cəmiyyət tərəfindən
qəbul olunan gənclərin Koordinasiya Mərkəzi kimi bir birlik
yaradaq. Burada məqsəd gənc namizədlərin bir-birlərinə dəstəklərini
təmin etmək, cəmiyyətə və siyasi arenaya yeni gənc siyasiləri vahid
komanda şəkilində təqdim etməkdir. Əminəm ki, belə bir birliyin
yaranmasına nail olsaq, bunun nəticələri gənclərin pərakəndə
şəkildə namizədliklərindən daha effektli və nəticəli olacaq. Bəzi
məsələlər konkretləşdikdən sonra mətbuata və ictimaiyyətə daha
ətraflı məlumat verəcəyik. Lakin bu, həmin gənclərin yaradılacaq
birliyin adından namizəd olacağı anlamına gəlməməlidir”.
“Özümü bu siyahıda görürəm”
T. Abbaslı Müsavat Partiyası rəhbərliyinin onun namizədliyini
dəstəkləyəcəyinə inandığını açıqlayıb.
“Partiyadaxili namizədliyin dəstəklənməsi bəzi prosedur
qaydalarında təsdiq olunacaq. İnanmıram ki, mən hansısa sahə üzrə
bu qaydalara cavab verməyim və dəstəklənməyim. Əksinə, hər bir
partiya çalışmalıdır ki, onun siyahısındakı namizədlər güclü,
təcrübəli və cəmiyyət tərəfindən qəbul olunan nüfuzlu şəxslər
olsun. Təvazökarlıqdan uzaq olsa da, mən özümü bu siyahıda görürəm.
Bu baxımdan namizədliyimi partiyanın dəstəkləməyəcəyinə inanmıram.
Əgər belə bir hal baş verərsə, o vaxt zamanına uyğun qərarlar
veriləcək. Hadisələri tələsdirməyin tərəfdarı deyiləm", - deyə o
bildirib.
“Arif Hacılı partiyadaxili birlik və bütövlüyü təmin
etməlidir”
T. Abbaslı vaxtilə Müsavatda namizədlik məsələsinə görə yaranan
problemlərin yenidən yaşanması ehtimalından da danışıb. Xüsusilə
son vaxtlar ADR-də təmsil olunan müsavatçıların namizədliyinin
irəli sürülməsinin narazılıq yaratması məsələsinə toxunub:
“Rəhbərlik belə halların olmamasına çalışmalıdır. Çünki Müsavat
Partiyasının sıralarında tək ADR-in yox, bir çox digər hərəkat,
təşkilat və QHT-in üzvləri var. Nizamnamə burada heç bir qadağa
qoymur. Əgər partiya üzvü partiyanın namizədlər üçün
müəyyənləşdirəcəyi meyarlara cavab verirsə, burada əlavə heç bir
problem yaradılmamalıdır. Arif Hacılı bir rəhbər kimi bu seçkilərin
verəcəyi imkanlardan istifadə edib partiyadaxili birlik və
bütövlüyü təmin etməlidir. Əksini düşünmək belə məni narahat
edir”.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR