Nida.az
“Bu əməkdaşlıq İrəvanın iddialarını dəf edəcək”
“Bakı, Tiflis və Ankara hərbi əməkdaşlığı inkişaf
etdirir. Lakin bu yalnız regionda sabitliyi və təhlükəsizliyi
möhkəmləndirəcək”.
Publika.az xəbər verir ki, bu barədə Milli
Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr
komitəsinin üzvü, politoloq Rasim Musabəyov deyib.
Onun sözlərinə görə, üçtərəfli əməkdaşlıq formatı hər ay daha da
güclənir: “Ənənəvi əlaqələr hazırda geniş miqyaslı layihələrlə
tamamlanır. “Bakı-Tiflis-Ceyhan” neft kəməri, “Bakı-Ərzurum” qaz
kəməri mövcuddur, hazırda isə “Cənub qaz dəhlizi” layihəsi həyata
keçirilir. Bu günlərdə Qarsda üç dövlətin liderləri TANAP-ın
təməlini atdı. Tezliklə Bakı-Tiflis-Qars dəmir yolu istifadəyə
veriləcək. Bununla yanaşı, üçtərəfli siyasi əlaqələr də xüsusi qeyd
olunmalıdır. Ötən il və cari ildə prezidentlər, xarici işlər
nazirləri, iqtisadiyyat, FHN nazirləri, parlamentlər, müdafiə
nazirləri görüşüb. Bu gün Azərbaycan müdafiə naziri Zakir Həsənov
Tiflisdə Gürcüstan və Türkiyədən olan həmkarları ilə bir araya
gəlir. Buna qədər boru kəmərlərinin təhlükəsizliyi ilə bağlı
üçtərəfli hərbi əməkdaşlıq var idi. Görünür, bu əməkdaşlıq daha
geniş spektrə keçir”.
R. Musabəyov qeyd edib ki, bu, hərbi ittifaq deyil və xarici
təhlükəyə qarşı yönəlməyib: “Tutaq ki, üç ölkənin hansınasa kənar
təcavüz olarkən buna qarşı iştirakı nəzərdə tutmur. Lakin belə
əməkdaşlığın təxribatlara qarşı güclü təsir edəcəyi bir faktdır.
Hansı ki, bu gün regionda Ermənistan kimi təcavüzkar təhlükə
mövcuddur. Rusiyanın himayəsi ilə bu ölkə Azərbaycana qarşı hərbi
təcavüz edib və separatizmi inkişaf etdirir. Eyni zamanda,
Gürcüstan və Türkiyəyə qarşı da ərazi iddiaları ilə çıxış
edir”.
Politoloq hesab edir ki, Bakı-Tiflis-Ankaranın üçtərəfli
əməkdaşlığı regionda dağıdıcı ambisiyaları cilovlaya və xüsusilə
Cənubi Qafqazda sabitlik və təhlükəsizliyinin təminatçısı ola
bilər.
“Vaşinqton da bunda maraqlıdır və hazırda regional
təhlükəsizliyi qoruyacaq ittifaqın formal əsası var. Türkiyə
NATO-nun üzvü olaraq Amerika ilə ikitərəfli təhlükəsizlik haqda
müqaviləyə malikdir. Gürcüstan da yaxın vaxtlarda Konqres
tərəfindən NATO-nun müttəfiqi elan edildi”, - deyə R. Musabəyov
vurğulayıb.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu