Nida.az
Deputat: “Şər və böhtan kampaniyası Avropa Olimpiya oyunlarına təsir etmək gücündə deyil”
“Azərbaycanda Avropa Olimpiya oyunları yaxınlaşdıqca, Azərbaycana qarşı böhtan və şər kampaniyası daha da güclənir”.
Publika.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı Ana Vətən Partiyasının (AVP) sədri, millət vəkili Fəzail Ağamalı bildirib.
Deputat deyib ki, bu cür şər və böhtan kampaniyası Azərbaycanda keçiriləcək beynəlxalq idman yarışına təsir göstərmək gücündə deyil: “Biz bu cür beynəlxalq tədbirlərin öhdəsindən dəfələrlə çox uğurla gəlmişik. Bundan əvvəl də “Eurovision” yarışı ərəfəsində bu cür qara kampaniyalar var idi, ancaq biz həmin tədbiri də layiqincə həyata keçirdik. Sözsüz ki, bundan sonra da Azərbaycan hökuməti bu cür tədbirləri təşkil etməyə qadirdir. Ancaq burada təəssüfedici məsələ odur ki, bəzi dairələr Azərbaycana qarşı şər və böhtan kampaniyası həyata keçirir. Mən buradan bütün millət vəkilləri və media nümayəndələrinə səslənirəm və xahiş edirəm ki, Azərbaycana qarşı yönələn mənfi kampaniyaya qarşı adekvat addımlar atsınlar”.
Vasif Həsənli
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı