Nida.az
Ellada Məmmədli: “Arif Hacılı “mənə biət edin” prinsipini işə salıb”
“Parlament seçkilərində partiyadan namizədliyini irəli sürən şəxslərlə bağlı Təlimat və öhdəlik sənədi ADR-çilərə qarşı qısqanclığın nəticəsidir”.
Bunu Publika.az-a açıqlamasında Müsavat Qadınlar Birliyinin sədri,
ADR hərəkatının İdarə Heyətinin üzvü Ellada Məmmədli deyib.
Onun sözlərinə görə, belə təlimat sənədi ADR-dən deputatlığa
namizədliyini irəli sürmək istəyənlərə qarşı inzibati mexanizm
olaraq istifadə olunacaq: “Burada söhbət Vurğun Əyyubla mənim
namizədliyimdən gedir. Bu təlimat absurd bir şeydir. Partiya
nizamnamə ilə idarə olunmalıdır. Düzdür, müəyyən boşluqlar olanda
onlar təlimata əsaslanır. Neçə illər ərzində deputatlığa
namizədliklə bağlı heç bir problem yaşanmayıb. Hər hansı öhdəlik
götürən olmayıb. Bloklara qoşulanda da namizədlər verilib,
məsələlər həll edilib. Mən bir müsavatçı kimi partiya nizamnaməsi
və məramnaməsini qəbul edib Müsavata gəlmişəm. İndi öhdəlik
götürməliyəm ki, mütləq tabe olacağam?”
E. Məmmədli əlavə edib ki, başqanın adına ərizə yazmaq heç bir
çərçivəyə sığmır: “Müsavat Nizamnaməsinin 5-ci maddəsində
deputatlığa namizədliklə bağlı müddəalar əks olunub. 5.4-cü bənddə
qeyd edilib ki, Müsavat təşkilatının istənilən rayon təşkilatı və
Divan öz təklifini verə bilər. Namizədin Məclisdə təsdiq olunması
söhbəti yoxdur. Bu, bilavasitə rayon təşkilatlarının hüquqlarının
əlindən alınmasına gətirib çıxarır. Məclisin namizədi təsdiq
edib-etməməsi çox gülünc bir şeydir. Demokratik qayda-qanunlara
tamamilə ziddidir. Bu, Arif Hacılının tələbidir və “Mənə biət
etməyənlər biət etsin” anlamına gəlir. Yəni “məni başqan kimi qəbul
etməyənlər ərizə yazmağa məcbur olsunlar” prinsipidir”.
Öhdəliyi qəbul edib-etməyəcəyinə gəlincə, E. Məmmədli onun üçün
nizamnamənin hər şeydən daha önəmli olduğunu bildirib.
“Biz nizamnamədən kənara çıxmırıq, belə bir niyyətimiz də yoxdur.
Deyilən təlimat partiya üzvü olmayan fərdlərə aid olmalıdır. Mən
özüm öhdəlik barədə qərar verə bilmərəm. Çünki namizədliyimi
Müsavat Qadınlar Birliyinin Şurası verəcək. Təlimatı müzakirə
edəcəyik, müzakirədən sonra hansı nəticəyə gəlsək, onu da bəyan
edəcəyik”, - deyə o qeyd edib.
Asif Nərimanlı
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı