Nida.az
İranın TANAP-a qoşulması kimə sərf etmir? – ŞƏRH
“SOCAR prezidentinin bəyanatı və ardınca Türkiyə energetika nazirinin TANAP-da hissələrimizin satılması haqda açıqladığı fikirlər Ermənistan və Rusiya mediasında, hətta bizim də bəzi KİV-də uğursuzluq kimi təqdim olundu. Lakin reallıq bu iddiaların tam əksinədir”.
Bu barədə Publika.az-a açıqlamasında Milli
Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, politoloq Rasim
Musabəyov deyib.
R. Musabəyov qeyd edib ki, İrana qarşı sanksiyalar aradan qalxsa,
bu ölkənin qazının Avropa bazarına çıxışı aktuallaşacaq: “Bu
istiqamətdə ən unikal marşrut TANAP-dır. İrəvanda və Moskvada
vicdansız “analitiklərin” absurd iddialarına rəğmən, İran qazının
bu istiqamətdə çıxışı layihənin əhəmiyyətini yüksəldir. Bu
analitiklər İranın “Şahdəniz”də 10 faiz paya malik olduğunu
unudurlar. İndiyə qədər bu ölkənin TANAP-da iştirakına sanksiyalar
mane olurdu. Sanksiyaların ləğvi ilə İran qaz kəmərində pay ala
bilər”.
Politoloq Azərbaycanın boru kəməri layihələri haqda böhtan
kampaniyalarının yeni olmadığını vurğulayıb.
“Vaxtilə Bakı-Tiflis-Ceyhan kəməri haqda da pessimist proqnozlar
verilirdi. Lakin bədxahlar rüsvay oldu. BTC vaxtında tikildi və
hazırda səhmdarlara, tranzit ölkələrə sabit gəlir gətirir. TANAP-ın
perspektivləri ondan da yaxşıdır”, - deyə o bildirib.
“Nə üçün TANAP-a İran və Türkmənistanın qoşulması gündəmə
gətirilir” sualına cavabında R. Musabəyov bildirib ki, hər şeydən
öncə enerji ehtiyatlarına malik ölkələrin bura qoşulması ticarət
cazibədarlığını yüksəldəcək: “Bununla yanaşı, SOCAR-ın idarəçilik
paketi saxlanılmaqla bu ölkələrin layihədə pay sahibi olması
Azərbaycan və Türkiyənin investisiya yükünü azaldacaq. Hətta
TANAP-da hissə satışı dərhal olmasa belə, bunun müzakirəsi layihəyə
minus gətirməyəcək”.
R. Musabəyov İranın TANAP-a qoşulmasının kimin üçün xoşagəlməz
perspektivlər vəd etdiyini də şərh edib.
“Avropa Birliyinin Ukraynanın boru kəmərləri ilə gələcəkdə Rusiya
qazının alacağı niyyətində olduğu haqda açıqlamasından sonra
Moskvanın elan etdiyi “Türk axını” layihəsini lazımsız edir. Təbii
ki, konkret iddialarla çıxış etmək yersizdir. Lakin baş verən
proseslər bir sıra məqamları açıq şəkildə göstərir. Digər tərəfdən,
burda ən böyük zərbə Ermənistana vurulur. Ona görə də bədxah
qonşularımız bunun reallaşmasının qəti əleyhinədir”, - deyə o
vurğulayıb.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR