Nida.az
Bu dəfə Müsavat meriyaya “yox” dedi: “Yürüşdə israrlıyıq”
Müsavat Partiyası yürüş keçirmək üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) yenidən müraciət edə bilər.
Bunu Publika.az-a açıqlamasında partiyanın
Təşkilat Komitəsinin sədri Razim Əmiraslanlı deyib.
Onun sözlərinə görə, Müsavat partiyası BŞİH-nin mitinq təklifini
qəbul etmir: “Meriya hələlik rəsmi cavabı bizə göndərməyib. Amma
mənimlə görüşdə yürüşə icazə verilmədi. Əvəzində mitinqin
keçirilməsi təklif olundu. Partiyada bu təklif müzakirə olundu.
Lakin qəbul olunmadı”.
R. Əmiraslanlı qeyd edib ki, yürüşlə bağlı BŞİH-yə yenidən müraciət
olunmayıb.
“Yürüş keçirmədə israrlıyıq. Bununla bağlı hələlik müraciət
olunmayıb. Yəqin ki, növbəti həftədə məsələ yenidən müzakirə
olunacaq”, - deyə o bildirib.
Qeyd edək ki, Müsavat Partiyası aprelin 19-da metronun “20 Yanvar”
stansiyasından “Məhsul” stadionuna qədər yürüş keçirməyə icazə
verilməsi üçün BŞİH-yə müraciət edib. BŞİH isə yürüşün nəqliyyatın
hərəkətinə mane yaradacağını əsas gətirərək, əvəzində “Məhsul”
stadionunda mitinq keçirməyi təklif edib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu