Nida.az
Rəsul Quliyevlə Rüstəm İbrahimbəyov arasında 300 min dollar söhbəti – SENSASİYA
Eks-spiker Rəsul Quliyev Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyovdan 300 min dollar pul istəyib.
Publika.az xəbər verir ki, bu iddia ilə Avropada
yaşayan siyasi fəal Qabil Rzayev çıxış edib.
Q. Rzayev 2013-cü ilin iyun ayında Rüstəm İbrahimbəyovla Rəsul
Quliyev arasındakı telefon danışığını açıqlayıb.
“2013-cü ilin iyul ayında dostum İlqar Rzayevlə Moskvaya gedib
Rüstəm İbrahimbəyovun prezidentliyə vahid namizədliyi üçün
fəaliyyət göstərirdik. Həmin ərəfədə bir neçə yoldaşla birlikdə
Rüstəm İbrahimbəyovla söhbət edirdik. Elə bu an İbrahimbəyova bir
telefon zəngi gəldi. Rüstəm müəllim telefonu götürdü və mikrofonda
Rəsul Quliyevlə danışdı. Biz açıq eşidirdik. Rəsul Quliyev deyirdi:
“Rüstəm müəllim, siz mənə təcili 300 min dollar təşkil edin, mən də
sizə ən qısa zamanda bir-iki milyon göndərəcəm”. Telefonun bu
tərəfində Rüstəm müəllim müxtəlif əl və qaş-göz hərəkətləri ilə
Rəsul Quliyevlə məzələnməyə başladı və ona rədd cavabı verdi. Bu
səhnəyə baxanda “O olmasın, bu olsun” filmində Məşədi İbadla Qoçu
Əsgərin dialoqu yadıma düşdü. Oradan ayrılarkən yanımdakılara dedim
ki, nə qədər bu xalq bu parazitlərdən xilas olmayıb, Azərbaycanda
müxalifət hakimiyyətə gələ bilməyəcək”, - deyə o bildirib.
R. Quliyev isə məsələyə münasibət bildirməkdən imtina edib.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu