Gövhər Baxşəliyeva müsavatçı elmi işçinin ittihamlarına cavab verdi - AÇIQLAMA
Bizi izləyin

Nida.az

Gövhər Baxşəliyeva müsavatçı elmi işçinin ittihamlarına cavab verdi - AÇIQLAMA

Milli Məclisin deputatı, AMEA Şərqşünaslıq İnstitutunun direktoru Gövhər Baxşəliyeva "Azadsoz.com" xəbər saytının rəhbəri, Şərqşünaslıq İnstitutunun sabiq elmi işçisi Tural Sadıqlının ittihamlarına cavab verib. G.Baxşəliyeva Teleqraf.com-a açıqlamasında bildirib ki, T.Sadıqlı Şərqşünaslıq İnstitutunda qısa müddət işləyib və ərizə yazaraq öz istəyilə oradan gedib.

Qeyd edək ki, T.Sadıqlı "musavat.com"a açıqlamasında qeyd edib ki, müsavatçı olduğu üçün, ictimai-siyasi fəallığına və facebookdakı statuslarına görə işdən çıxarılıb: "Mənə ya müsavatçılıqdan və aktiv ictimai-siyasi fəaliyyətdən imtina etmək, ya da işdən çıxarılmaq arasında seçim etmək bildirildi. Müsavatçı olaraq Elmlər Akademiyasında işləyə bilməyəcəyim söyləndi. Mən də vətəndaş mövqeyimi və müsavatçılığımı üstün tutaraq, işdən ayrılmaq məcburiyyətində qaldım”.

T.Sadıqlı işdən çıxarılması barədə şikayət ərizəsini fevral ayının 7-də Yasamal Rayon Məhkəməsinə təqdim etdiyini, lakin hələ də ona məhkəmədən bu barədə heç bir xəbər və ya bildiriş verilmədiyini bildirib. Baxşəliyeva qeyd etdi ki, T.Sadıqlı Şərqşünaslıq İnstitutunda işləyib: "Yadımdan çıxıb. O, ya elmi işçi idi, ya da laborant. Özü getdi. Niyə getdiyini də bilmirəm. İndi məhkəməyə müraciət edirsə, buyursun. Bizdə işçilərə siyasi, dini dünyagörüşünə görə təzyiqlər edilmir. Onun ittihamları absurddur".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm