"Ermənistan ABŞ-a qarşı da ərazi iddiası qaldıracaq" - Əli Həsənov
Bizi izləyin

Nida.az

"Ermənistan ABŞ-a qarşı da ərazi iddiası qaldıracaq" - Əli Həsənov

“Ermənilərin 100 il əvvəl işğal etdiyi torpaqları da azad edəcəyik”

Xocalı faciəsi bizim ən ağırlı yaralı yerimizdir. Bu faciə 20 əsrin ən real soyqrımlarından biridir. Publika.Az xəbər verir ki, bu sözləri baş nazirin müavini, Azərbaycanın Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Xocalı faciəsi ilə bağlı keçirilən tədbirdə bildirib.

Onun sözlərinə görə, ermənilərin Azərbaycan qarşı apardığı soyqrım nəticəsində xeyli ziyan dəyib. Bu faciə bir günün və ya təsdüfi soyqrım deyil. Ermənilərin uzun müddət azəri türklərinə, bütövlükdə türk xalqlarına qarşı 200 ilə yaxındır ki, apardığı ədalətsiz çirkin törətdikləri cinayətlərin nəticəsidir. Xocalı faciəsi bu zəncirvari prosesin bir qismidir. Dünyadakı erməni diasporları türk dünyasına qarşı haqsız təbliğat işləri aparılır. Azərbaycana qarşı dünya erməni diasporu və bugünkü Ermənistan və onun şovinist məmurları himayədarlarının köməkliyi ilə soyqırım törədib. Hələ də bir çox ölkələrin ictimaiyyəti bu faciələrdən xəbərsizdir. Artıq Heydər Əliyev Fondu və xaricdəki diaspor qurumalrımız, ziyalılarımız, gənclərimiz tərəfindən Xocalı soyqırımın tanıdılması istiqamətində proses davam edir. Artıq dünyanın bir sıra ölkələri bu faciə ilə əlaqədar qətnamə qəbul edib. Biz bununla da kifayətlənməməliyik. Bu faciələrdən də başqa biz 1905-ci ildə Azərbaycan xalqı 10 minlərlə insan öldürülüb, minlərlə yaşayış məntəqələri yandırılıb. Çox maraqlıdır ki, ermənilərin 100 il bundan qabaq törətdikləri soyqırım, 1992-ci ildə eyniliklə təkrarlandı. Hesab edirəm ki, erməni millətçiləri tərəfindən törədilən bu cinayətlər türk dünyasına qarşı sistemləşdirilmiş bir terordur. Azərbaycan və türk diasporları birlikdə dünyada 1905-ci il faciəsinin tanıdılması istiqamətində də işlər aparmalıdırlar. Bu gün Ermənistan Azərbaycana qarşı 300 milyardan dollardan artıq ziyan vurub. Bütün bu təzminat ermənilərdən tələb olunacaq. İşğalçı ölkədə hesab etməsinlər ki, Azərbaycan bundan imtina edəcək".

Ə.Həsənov qeyd edib ki, işğalçı ölkə təkcə Azərbaycana deyil eyni zamanda Rusiyaya qarşı da ərazi iddiasındadır:"Bu gün sözügedən ölkə ona hər tərəfli yardım göstərməsinə baxmayaraq şimal qonşumuza da bu iddiasını davam etdirirlər. Həmçinin kiçik və qaraçı şəkildə bütün dünyaya səpilmiş bir millət İran, Türkiyəyə və o cümlədən yaşadıqları əksər ölkələrə də ərazi iddiası qaldırırlar. Bunun qarşısı alınmasa, Ermənistan ABŞ-a da qarşı ərazi qaldıracaq".

Ə. Həsənovun sözlərinə görə, Azərbaycan münaqişənin sülh yolu ilə həll edilməsi prosesinə səbrlə yanaşır: “Artıq Azərbaycan ordusu güclənir. Biz hər vaxt müharibəyə hazırıq. Ermənistan qeyri-konstruktivliyini davam etdirərsə, Azərbaycan 100 il əvvəl ermənilərin işğal etdiyi torpaqları da azad edəcək. Biz heç nədən qorxmuruq. Sadəcə qan tökülməsinin tərəfdarı deyilik. İstəyirik ki, regionda sülh və əmin-amanlıq olsun”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm