Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edib
Bizi izləyin

Nida.az

Fövqəladə hallar naziri Qubada vətəndaşları qəbul edib

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov bu gün Quba şəhərində vətəndaşları qəbul edib.

Publika.Az xəbər verir ki, qəbulda Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarının sakinləri, habelə həmin rayonlarda müvəqqəti məskunlaşmış məcburi köçkünlər iştirak edib.

Vətəndaşların müraciətlərinin bir çoxu yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm