Ziyad Səmədzadə: “Avropa Oyunları Azərbaycanı dünyaya tanıdacaq”
Bizi izləyin

Nida.az

Ziyad Səmədzadə: “Avropa Oyunları Azərbaycanı dünyaya tanıdacaq”

43 gündən sonra dünyanın 60-a yaxın telekanalının kameraları Bakıya tuşlanacaq. Bakı 2015 İlk Avropa Oyunlarının startından etibarən 17 gün ərzində hamı Azərbaycandan danışacaq. Elə indi də dünyaca ünlü teleşirkətlər Bakı 2015-lə bağlı reportajlar hazırlayır, şəhərin gözəlliyini dünyaya çatdırır.

Ölkəmizdə də, demək olar, bütün dövlət qurumları Avropa Oyunlarına köklənib. Bakıda abadlıq işləri yekun mərhələyə qədəm qoysa da, idman qurğuları artıq yarışın startını gözləyir.

Məşəlin alovlandırılmasından sonra Azərbaycanın bölgələrində də Bakı 2015 ab-havası hökm sürür. Publika.az isə İlk Avropa Oyunlarıyla bağlı cəmiyyətin müxtəlif təbəqələrinin fikirlərini öyrənir. Bu dəfə görkəmli ziyalımız, Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət komitəsinin sədri, akademik Ziyad Səmədzadə ilə əlaqə saxladıq. Görkəmli iqtisadçı İlk Avropa Oyunlarının Bakıda keçirilməsini Azərbaycan dövlətinin apardığı müstəqil uğurlu siyasətlə əlaqələndirdi:

“Azərbaycan dinamik inkişaf edir. Avropa Oyunları bizim üçün böyük idman bayramıdır. Azərbaycan dövlətinin apardığı müstəqil siyasətin nəticəsidir. Son 10-15 ildə Azərbaycan iqtisadiyyatında baş verən böyük keyfiyyət dəyişiklikləri nəticəsində sosial sahəyə diqqət və qayğı artıb, daha çox vəsait qoyulub. İnsanların sağlamlığına göstərilən qayğı gündən-günə artır. Eyni zamanda, Azərbaycan tolerant ölkədir. Azərbaycanda sabitlik var. Bütün ölkələrlə dostluq münasibətləri qurulub, müstəqilliyimiz qorunur. Azərbaycan bu oyunlara gələn bütün qonaqları layiqincə qəbul etməyə hazırdır. Bu oyunlar Azərbaycanı dünyaya tanıdacaq”.

Pərviz Hikmət

Oxumağa davam et
Reklam
Reklam

Gündəm