Ərəstun Oruclu: “Sarkisyan Moskvadan it kimi qorxur”
Bizi izləyin

Nida.az

Ərəstun Oruclu: “Sarkisyan Moskvadan it kimi qorxur”

Ermənistan prezidenti Serj Sarkisyanın Vaşinqton səfəri ərəfəsində bu ölkənin parlamentinin sədri Qalust Saakyanın qondarma Cənubi Osetiya parlamentinin spikeri Anatoliy Babilevlə görüşü Gürcüstanın haqlı narazılığına səbəb olub.


Publika.az xəbər verir ki, spikerlərin görüşü Gürcüstan tərəfindən çox sərt qarşılanıb.


“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bunun Vaşinqtonda Sarkisyan üçün mənfi aura yaradacağını bildirib.


“Ermənistan mətbuatı Sarkisyanın ABŞ səfəri ərəfəsində belə bir görüşün keçirilməsini zərərli hesab edib. Haqlı olaraq bildirilir ki, Ermənistan prezidentinin ABŞ-a səfəri ərəfəsində bu addım ancaq Vaşinqtonda Sarkisyan üçün mənfi aura yaradacaq və xoşagəlməz suallar doğuracaq. Sonra isə belə bir görüşün Sarkisyanın razılığından kənar baş tutmasının mümkün olmadığını yazan mətbuat bildirir ki, görünür, erməni prezidenti bu addımı Vaşinqton səfəri ilə Moskvanı qıcıqlandırmamaq üçün atıb. Başqa sözlə, Ermənistan prezidenti Rusiyaya demək istəyir ki, amerikalılardan da bir az nəsə qoparmaq istəyir, amma rusların şalvarının arxa cibindən çıxmaq fikrində deyil. Ermənilər bədbəxt gündədirlər, çünki rusun qarşısında zooloji qorxusu olan yaramaz hakimiyyətləri var. Belə yerdə “it kimi qorxur” ifadəsi daha uğurludur”, - deyə politoloq bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm