Nida.az
ADR-dən təklif: “Arif Hacılı və dəstəsi layiq olduqları yerdə oturdulmalıdır”
“Özünə təskinli verənlər partiyanın heç bir zaman dağılmayacağını deyir. Lakin anlamırlar ki, Müsavatın zəifləyərək mövcud duruma düşməsi, dərnəyə çevrilməsi elə dağılma kimi bir şeydir”.
Publika.az xəbər verir ki, bu barədə ADR sədrinin müavini, bir
müddət öncə Müsavatdan çıxarılan Səxavət Əlisoy partiyanın düşdüyü
vəziyyətə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, partiya qurultaydan sonra cəmiyyətin diqqətini
çəkən nə bir aksiya, nə bir dəyirmi masa keçirməyə nail olub:
“Bütün enerjiləri ADR Hərəkatına qarşı yönəlib. 10-15-20 il ömrünü
Müsavata həsr etmiş insanları “xəyanətkar” elan edib partiyadan
uzaqlaşdırırlar. Partiyada təkcə cəza mexanizmi işləyir, sanki
təməl prinsiplərdən biri də cəza imiş. Ən acınacaqlısı odur ki, bir
dəstə adam qurultay eyforiyasından sonra rasional düşüncədən məhrum
olub. Əmin olun, ADR tərəfdarları ilə “haqq-hesab” bitdikdən sonra,
o bir dəstə adam biri-birinə girəcək, əsl həngamə o zaman
başlayacaq”.
S. Əlisoy hesab edir ki, partiyanı xilas etmək üçün bu gün Müsavat
Partiyasında üzv olaraq qalmaqda davam edən, kimsəyə biət etməyən,
demokratik fikirli insanlar susmamalıdır.
“Müsavat komsomol zehniyyətlilərin işğalından xilas olmalıdır.
Hacılı və ona sadiq 10-15 adam tarixi bir partiyanı məhvə aparır.
Müsavatın yeganə çıxış yolu Hacılı və dəstəsini layiq olduqları
yerdə oturtmaqdır”, - deyə o bildirib.
Asif Nərimanlı
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR