Mobil operatorlar Milli Məclisdə tənqid edilib
Bizi izləyin

Nida.az

Mobil operatorlar Milli Məclisdə tənqid edilib

Ailədə 5-6 mobil telefonun olduğunu nəzərə alsaq

Publika.Az xəbər verir ki, deputat Elmira Axundova parlamentin bugünkü iclasında internetlə bağlı problemlərə toxunub. O deyib ki. ölkədə internetin hər kənddə olsa da, onun sürəti çox aşağıdır.

Daha sonra mobil telefon operatorlarını ciddi tənqid edib: “Bezdirici mesajlar gəlir.Telefonuma gün ərzində onlarla mesaj gəlir. Bəzən bu mesajları açanda balansdan pullar silinir. Ailədə 5-6 mobil telefonun olduğunu nəzərə alsaq, bunun ailənin büdcəsinə nə qədər təsir etdiyini bilərik. Bu hal daha çox bakselldə müşahidə olunur. Mən hesab edirəm ki, şəxsin razılığı olmadan onun mobil telefonuna mesaj gəlməməlidir".

Deputat həmçinin Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən bu məsələyə diqqət etməsini istəyib.Spiker Oqtay Əsədov isə bu məsələdə deputatla razı olduğunu bildirib və hətta Hüquq siyasəti və dövlət quruculuğu Komitəsinin sədri Əli Hüseynliyə bu haqda hansı tədbirlər görülə bilməsini soruşub.

Oqtay Əsədov daha sonra deputata deyib ki, internet kəndlərdə var, inşallah, sürəti problemi də həll olunar. Bir qədər səbrli olun.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm