Bahar Muradova müxalifətdən xahiş etdi
Bizi izləyin

Nida.az

Bahar Muradova müxalifətdən xahiş etdi

Azərbaycana qarşı qərəzli hesabatlarla bağlı bir qayda olaraq bənd-bənd cavab veririk

“Azərbaycan parlamentinin benyəlxalq təşkilatlarda, parlament assambleyalarında nümunə heyətləri var. Azərbaycana qarşı qərəzli hesabatlarla bağlı bir qayda olaraq bənd-bənd cavab veririk”.

Publika.Az xəbər verir ki, bu barədə vitse-spiker Bahar Muradova Mili Məclisdə çıxışı zamanı deputata Sabir Rüstəmxanlının iradına cavab olaraq deyib. Vitse-spiker qeyd edib ki, belə hesabatlar Azərbaycanda QHT-lərin, özünü müxalifət adlandıran siyasi partiyaların məlumatları əsasında hazırlanır: “Yəni dolayısı ilə Azərbaycandan gedərək Avropanı fırlanıb yenidən özümüzə qayıdır. Azərbaycan hökuməti, parlamenti bu cür hesabatlara bən-bənd cavab verir. Misal üçün, 2013-cü ilin əvvəlində AŞPA-da Ştrasserin təqdfim etdiyi hesabatın qəbul edilməməsinə səbəb bizim bununla bağlı apardığımız iş oldu.

Biz çox istərdik ki, siyasi partiyalar da, xüsusilə konstruktiv müxalifət olan partiyalar da buna qarşı öz münasibətlərini bildirsinlər. Sabir müəllim siz özünüz də bununla bağlı mövqeyini ortaya qoymalısınız. Bu hesabatı hazırlayanlar da təkcə QHT-lərin verdikləri məlumatlara deyil, alternativ məlumatlara da söykənsinlər”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm