• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

"Reklam haqqında" qanuna dəyişiklik edildi

  • Nida.az
  • 15 May 2015 12:28
  • 501 Baxış
"Reklam haqqında" qanuna dəyişiklik edildi

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Reklam haqqında" qanuna edilməsi nəzərdə tutulan dəyişikliklər layihəsinin üçüncü oxunuşda müzakirəsi aparılıb.

Publika.az-ın məlumatına görə, qanun layihəsinə əsasən, telekommunikasiya operatoru və provayderi abunəçiyə reklamı yalnız abunəçi ilə bağlanan müqavilədə reklamın göndərilməsi razılaşdırıldığı halda fərdi qaydada yayımlaya bilər. Abunəçinin razılığı olmadan və ya qanunazidd reklamın göndərilməsinə görə telekommunikasiya operatoru və provayderi məsuliyyət daşıyır.

Azərbaycanda bütün reklam yayımçıları ümumi reklam vaxtının nəşrlərdəki reklam yerlərinin reklam qurğularının ən azı 8 faizini sosial reklamlar üçün ayırmağa məcbur ediləcək. Qeyd edək ki, əvvəlki qanunvericilikdə bu rəqəm 5 faiz müəyyən edilib.

Eyni zamanda, teleradiolarda sosial reklamların dəqiq vaxtı müəyyən olunub (saat 09:00-dan gecə saat 24:00-a qədər).

Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklamın yerləşdirilməsi qadağan edilir.

Yeni layihəyə əsasən, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövrü mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır. Bununla yanaşı, teatr tamaşasının gedişində və filmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Bundan əlavə, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə də reklamın yerləşdirilməsi qadağandır.

Müzakirələrin yekununda qanun layihəsi parlament tərəfindən təsdiq edilib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR