“Rusiya post-sovet məkanına təzyiqi artıracaq” - “The Financial Times”
Bizi izləyin

Nida.az

“Rusiya post-sovet məkanına təzyiqi artıracaq” - “The Financial Times”

“Avropa Birliyinin post-sovet ölkələri ilə bağlı planları Rusiyanı narahat edir. Belə demək mümkünsə, lokal münaqişələr daha da qızışa və qarşıdurma genişlənə bilər”.

Publika.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın “The Financial Times” nəşri yazıb.


Nəşr qeyd edir ki, Riqa sammiti nə qədər kədərli görünsə də, bu hər şeyin sonu demək deyil: “2013-cü ildəki Vilnüs sammitindən sonra faciəli hadisələr baş verdi. Ukrayna qarışdı, Krım zəbt olundu, müharibə başlandı. “Şərq tərəfdaşlığı” proqramının Riqa sammiti də təhlükəli nəticələr vəd edir. Bu sammitdən sonra Avropa Birliyi öz ambisiyalarını daha açıq şəkildə nümayiş etdirəcək, Rusiyanı post-sovet məkanında daha çox qıcıqlandırmağa davam edəcək”.


Nəşr hesab edir ki, Avropa Birliyi geri çəkilməməlidir: “Ekspertlər Riqa sammitində ciddi qərarların olmayacağını düşünürlər. Bu isə Rusiyanın post-sovet ölkələrinə təzyiqini artırmağa imkan yaradacaq. “Şərq tərəfdaşlığı” özündə birləşdirən 6 ölkəni Avropa Birliyinə inteqrasiyasını nəzərdə tuturdu. Əvəzində bu, Rusiya ilə münaqişə başlandı. Lakin Avropa Birliyi öz planlarından imtina etsə, bu, onun imicini məhv edəcək”.


“The Financial Times” “Şərq tərəfdaşlığı” proqramına qoşulan Ermənistan və Belarusun Rusiyanın nəzarətində olduğunu qeyd edib: “Azərbaycan hələlik gözləmə mövqeyindədir. Güman ki, Cənubi Qafqaz ölkələri üçün Avropa Birliyi xüsusi proqram hazırlasın”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm