Andrey Maleyev: “Avropa Oyunlarının bu gözəl şəhərdə keçirilməsi tarixi hadisədir”
Bizi izləyin

Nida.az

Andrey Maleyev: “Avropa Oyunlarının bu gözəl şəhərdə keçirilməsi tarixi hadisədir”

“I Avropa Oyunlarının Bakıda keçirilməsi tarixi və möhtəşəm hadisədir”.


Bunu Publika.az-a açıqlamasında Özbəkistan Xalq Təhsili Nazirliyinin administratoru Andrey Maleyev deyib.


Bu günlərdə Bakıda səfərdə olduğunu deyən A. Maleyev bildirib ki, Azərbaycanın paytaxtı öz gözəlliyi ilə Avropa şəhərlərini geridə qoyur: “Tarixdə qalacaq idman oyunlarının bu gözəl şəhərdə keçirilməsinin özü də tarixi hadisədir. Hesab edirəm ki, “Bakı-2015” tarixə düşərək gələcək nəsillərə qalacaq. Əminəm ki, oyunlar çox maraqlı və yüksək səviyyədə keçəcək. Mən özüm də oyunlarda iştirakdan məmnun olardım. Lakin artıq Bakıya səfərimiz başa çatdı”.


O, Bakının sadəcə şedevr şəhər olduğunu bildirib.


“Avropalılar oyunları bu şəhərdə keçirməklə çox şey qazanacaq”, - deyə A. Maleyev diqqətə çatdırıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm