Nida.az
Azərbaycanlıların qəbul etmədiyi yeni Dərbənd meri: klanlararası müharibə - ÖZƏL
Dərbənd şəhərinin azərbaycanlı icması yeni mer seçilən Azadi Rəhimovu qəbul etmir.
Publika.az-ın Dərbənd mənbələrindən əldə etdiyi məlumata görə,
A.Rəhimov azərbaycanlılar arasında birmənalı qəbul olunmayan
fiqurdur.
“Onun Qurban Qurbanovun “vurulmasında” iştirakı unudulmayıb. Bu
şəxs indiyə qədər də azərbaycanlılar üçün heç bir müsbət işi ilə
yadda qalmayıb. Vaxtilə ədliyyə naziri olanda problemlər yaradıb.
Həmişə də öz şəxsi imici üçün çalışıb. İndi belə bir şəxsin
azərbaycanlıların şəhərində merlik etməsinin bizə hansı xeyri
olacağı suallar yaradır”, - deyə mənbə bildirib.
Abdulatipovun ləzgi klanı uğrunda mübarizədə Dərbənd
gedişi
Məlumata görə, A. Rəhimov özü tabarasanlı olsa da, Dərbəndin ləzgi
klanına çox yaxındır: “Çünki onun arvadı milliyətcə ləzgidir.
Rəhimovun mer seçilməsində bu faktor də rol oynadı. Belə ki, o,
Ramazan Abdulatipovun adamıdır. Abdulatipov avar klanının rəhbəri
kimi həmişə ləzgi klanının rəhbərliyi ilə problemlər yaşayıb.
Yadınızdadırsa, ləzgi klanının əsas fiqurlarından olan İmam
Yarəliyevlə aralarında məhz merlik postu uğrunda mübarizə
gedirdi.
Abdulatipov ləzgi klanına yaxın Rəhimovu mer gətirməklə həm də ləzgilər arasında təşəbbüsü ələ almaq və Yarəliyevi bu klanın liderliyindən uzaqlaşdırmaq istəyir. Azərbaycanlılar üçün isə əsas məsələ yeni merin necə rəftar edəcəyidir”.
Etirazlar istisna deyil
Mənbə qeyd edib ki, azərbaycanlılar hazırda gözləmə
mövqeyindədir.
“Yeni merin necə işləyəcəyi hamı üçün maraqlıdır. Əgər
azərbaycanlılara qarşı, xüsusilə milli ənənələrlə bağlı zidd
fəaliyyət olsa, etirazlar ola bilər”, - deyə məlumatda
bildirilir.
Asif Nərimanlı
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO