Azərbaycanda 6.558 nəfər Türkiyə vətəndaşı var
Bizi izləyin

Nida.az

Azərbaycanda 6.558 nəfər Türkiyə vətəndaşı var

Azərbaycanda olan Türkiyə vətəndaşları mayın 31-də Türkiyə Böyük Millət Məclisinə (TBMM) keçiriləcək seçkilərdə Bakı saatı ilə 10.00-dan 19.00-a kimi Türkiyə Səfirliyi, Gəncə və Naxçıvan Konsulluqlarında səs verə biləcəklər.

Bu barədə Publika.az-a Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, Azərbaycanda Türkiyə vətəndaşlarına aid seçici sayı 6.558 nəfərdir. Seçicilərin 5.916 nəfəri Türkiyənin Bakı Böyükelçiliyində, 340 nəfəri Gəncə Konsolluğunda, 302 nəfəri isə Naxçıvan konsullugunda qeydiyyatdadirlar.

Türkiyənin Bakı Böyükelçiliyində 5 səs vermə sandığı , Gənce və Naxçıvan Baş konsulluqlarında 1 səs vermə sandığı seçicilərin ixtiyarına veriləcək.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm