Nida.az
“I Avropa Oyunlarını boykot çağırışı iflasa uğradı” – millət vəkili
“Azərbaycan I Avropa Oyunlarının keçirilməsinə tam
hazırdır”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
üzvü Kamilə Əliyeva deyib.
Onun sözlərinə görə, bu mötəbər idman yarışı yüksək səviyyədə
keçiriləcək: “Hər birimiz bu tədbirin möhtəşəm keçməsi üçün
əlimizdən gələni əsirgəməməliyik. Oyunlar öncəsi bəzi təxribatçı
qüvvələr, erməni lobbisinin sifarişi ilə hərəkət edən beynəlxalq
təşkilatlar, onların buradakı emissarı olan müxalifətçilər var ki,
onlar boykot çağırışı səsləndirdilər. Elə bildilər ki, bu cür
mötəbər tədbirin qarşısını almağa çalışa bilərlər. Amma bu dəfə də
biabırçı duruma düşdülər”.
Deputat qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban
xanım Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən Avropa
Oyunlarının Təşkilat Komitəsi hazırlıq işlərini ən yüksək səviyyədə
təşkil edib və böyük uğurlara imza atıb.
“Heç kəsin şübhəsi yoxdur ki, ölkəmiz bu sınaqdan da üzü ağ çıxacaq
və idman tarixində ilkə imza atacaq, dünya Olimpiadasına bərabər
möhtəşəm tədbir keçirəcək”, - deyə deputat vurğulayıb.
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu