• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İlham Əliyev Qarabağda fateh olacaq – İrəvan qorxu içində

  • Nida.az
  • 29 May 2015 16:27
  • 5 237 Baxış
İlham Əliyev Qarabağda fateh olacaq – İrəvan qorxu içində

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun Moskvaya səfəri və Lavrovla Dağlıq Qarabağ münaqişəsi ətrafında müzakirələri erməniləri qorxuya salıb.


Publika.az xəbər verir ki, Ermənistanın “Yerkir” saytı Rusiyanın erməniləri aldatdığını və Avropa Oyunlarından sonra Qarabağın Azərbaycana qaytarılması istiqamətində ciddi planların olduğunu yazıb.


Ermənilərin fikrincə, Rusiya münaqişəni durduğu yerdən tərpətmək arzusunu mütləq şəkildə ifadə edib: “Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi bizə Gömrük Şurasına qoşulmağa icazə vermir. Əgər Ermənistan öz qoşunlarını çıxarsa sərhədlər açılacaqsa, vəziyyət normallaşacaqsa, hər şey ola bilər”.


E. Məmədyarovun sözlərindən sitat gətirən sayt yazır ki, Rusiyanın hədəfi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın xeyrinə həll edərək, Bakının öz orbitinə çəkməkdir.


“Bu, İrəvan üçün ciddi nəticələrdən xəbər verir. Eyni zamanda, Qərb də hərəkətə keçib. Belə ki, Məmmədyarovun Moskva səfərindən sonra ATƏT-in Dağlıq Qarabağ üzrə xüsusi nümayəndəsi Anji Kaspşik Moskvaya getdi. O, Rusiyanın “münaqişənin həll olunmasının vaxtı çatıb” sözlərinin arxasındakı məqamları dəqiqləşdirəcək. Göründüyü kimi, Moskva və Bakı razılaşdı. Qərb də burda öz maraqlarını təmin edərək razılıq verəcək. Avropa Oyunlarından sonra ciddi addımlar atılacaq və bunun Ermənistan üçün ağır nəticələri olacaq”, - deyə sayt İrəvan üçün qorxulu proqnoz verir.


Daha sonra qeyd edir ki, Rusiyanın Ermənistanın təhlükəsizliyinin qoruyucusu maskası cırılır: “Bakı güclü manevrlərini işə salıb və göründüyü kimi, İlham Əliyev Dağlıq Qarabağı geri qaytarmaqla fateh olacaq”.


Son proseslər rəsmi Bakının öz ədalətli savaşında uğurlu addımlar atdığını göstərir. Bu isə ermənilərin ciddi narahatlığına səbəb olub.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR