Kreml “qaz müharibəsində” son kartını işə saldı
Bizi izləyin

Nida.az

Kreml “qaz müharibəsində” son kartını işə saldı

Rusiya-Qərb arasında səngimək bilməyən “qaz müharibələri” yeni mərhələyə qədəm qoyur.


Publika.az “Kommersant” nəşrinə istinadən xəbər verir ki, Moskva sonuncu və ən təsirli vasitəni oyuna daxil edir – maliyyə.


Yunanıstan energetika naziri Panayiotis Lafazanislə “Qazprom” rəhbəri Aleksey Miller cümə günü Moskvada görüşərək, “Türk axını” layihəsinin yunan torpaqlarından keçən hissəsinin tikintisi üzrə variantları nəzərdən keçirib. Bu hissənin tikintisi üçün 2 milyard ABŞ dolları sərf olunacaq.

Rusiya Afinaya qaz təminatında söz verir. Yunanıstan öz növbəsində Rusiyadan böyük məbləğdə kredit istəyir ki, Moskva hələlik buna razı deyil.


“Türk axını” Azərbaycan qazının Avropa bazarına çıxaracaq enerji layihələrinə rəqib hesab olunur. Hərçənd bu, rəsmi şəkildə dilə gətirilməyib.

Lakin analitiklər hesab edir ki, Rusiya Avropa bazarı uğrunda gedən savaşda Qərbin özünü qabaqlamaq istəyir. Ehtimallara görə, son ümid kimi maliyyə “kozır”nı ortaya çıxaran Rusiya qabağa düşə bilər. Hələlik isə bütün bunlar sadəcə sözdən ibarətdir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm