Müsavat Qadınlar Birliyi buraxıldı – BƏYANAT
Bizi izləyin

Nida.az

Müsavat Qadınlar Birliyi buraxıldı – BƏYANAT

Müsavat Partiyasının Qadınlar Birliyi özünü buraxılmış elan edib.


Bununla bağlı Publika.az-a daxil olan bəyanatda deyilir: “Müsavat Partiyasının VIII qurultayından sonra formalaşan yeni rəhbərliyin partiyadaxili demokratiyanı zədələyən addımlar atması, fərqli düşünən insanlara qarşı ağır cəza metodikasından istifadə etməsi, ümumi maraqların getdikcə qrup maraqlarına qurban verilməsi, M. Ə. Rəsulzadənin miras qoyduğu ideoloji və siyasi mübarizə yolundan sapmalar bir çox vicdanlı müsavatçılar kimi Qadınlar Birliyinin üzvlərini də narahat edir. Zaman-zaman partiya rəhbərliyinə öz iradlarını bildirən Müsavat Qadınlar Birliyinin üzvləri demokratik abu-havanın yenidən bərqərar olacağı ümidi ilə gözləsələr də, təəssüf ki, gözləntilər özünü doğrultmadı.

Partiyanın Qadınlar Birliyinin sədri Ellada Məmmədli əsassız bəhanələrlə Nizamnaməyə zidd olaraq partiyadan xaric edildi. Bir çox tanınmış müsavatçı xanımlar buna etiraz olaraq partiyadan istefa verdilər. Lakin bu müddət ərzində partiyanın siyasi kursunda rəhbərliyin “qisasçılıq” metodikasından başqa dəyişən bir şey olmadı. Artıq Müsavat Partiyasının Qadınlar Birliyini təşkil edən üzvlər belə bir birliyin fəaliyyət göstərməsinə ehtiyac olmadığını dərk edərək, Müsavat Qadınlar Birliyinin buraxılmasını bəyan edirlər. Baş vermiş proseslərə etiraz əlaməti olaraq, Müsavat Qadınlar Birliyi özünü buraxmış elan edir”.

Bəyanatı Müsavat Partiyası Qadınlar Birliyinin aşağıdakı şura üzvləri imzalayıb:


1. Ağayeva Lalə - şura üzvü

2. Muradova Nəzakət - şura üzvü

3. Mütəllimova Gülnar - şura üzvü

4. Kərimova Südabə - şura üzvü

5. Qurbanova Xalidə - MQB sədr müavini, şura üzvü

6. Cərullayeva Dünyaxanım - MQB sədr müavini, şura üzvü

7. İskəndərova Sevinc - MQB sədr müavini, şura üzvü

8. Xatirə Abdullayeva - şura üzvü.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm