Nida.az
“The Nyu York Times”: “Avropa Oyunlarını keçirən Bakı Formula-1 yarışlarına da hazırlaşır”
“The Nyu York Times” qəzetində Azərbaycanın Formula-1 yarışlarına hazırlaşdığı haqda məqalə dərc olunub.
Publika.az xəbər verir ki, “Bakı Formula-1
yarışlarında debüt etməyə hazırlaşır” başlıqlı məqalədə hazırda
Azərbaycan paytaxtında I Avropa Oyunları kimi böyük idman yarışının
keçirildiyi qeyd olunur: “I Avropa Oyunlarında idman xəritəsini
yaradan Bakı gələn il öz küçələrində daha çox azarkeş kütləsinə
malik olan Formula-1 yarışlarını qəbul edəcək. Azərbaycan Bakı
Qranprisi adlandırılan bu yarışlar üçün indidən hazırlığa
başlayıb”.
Bakı Qranprisi üzrə əməliyyat komitəsinin rəhbəri Çingiz Mehdiyev qəzetin əməkdaşlarına müsahibəsində bildirib ki, yarışlar üçün lazım olan hər şey həyata keçirilir: “Biz artıq başa çatmaqda olan layihə üzərində işləyirik. Lakin görüləsi işlər var və bunları mərhələli olaraq həyata keçirdirik. Bütün işlər yarışdan əvvəl plana uyğun şəkildə reallaşacaq”.
Məqalədə qeyd olunur ki, köhnə şəhərin möhtəşəm arxitekturası,
şəhər mərkəzi və Xəzər dənizinin ətrafını əhatələyən yol artıq
təsdiqlənib.
“Hesab edirəm ki, bu yarışlar fantastik olacaq. Avtomobillər
dənizkənarı üzrə irəliləyərək UNESCO-nun Qeyri-Maddi Mədəni İrs
Siyahısına salınan İçərişəhər ətrafından keçəcəklər. Bu, sürücülər
üçün geniş meydan deməkdir”, - deyə Mehdiyev vurğulayıb.
Məqalədə qeyd olunur ki, Azərbaycanda beynəlxalq idman yarışlarının
keçirilmə tarixi yenidir, lakin Bakı öz potensialından çıxış edərək
iddiasını irəli sürür.
“The Nyu York Times” gənclər və idman naziri Azad Rəhimovun
“Röyters” agentliyinə müsahibəsində dediyi fikirlərə də yer verib:
“Bizim üçün dünyanın idman xəritəsində yerimizi tutmaq vacibdir.
Əslində biz idman üslubu olan ölkəyik. Ölkəmizdə böyük gənc nəsil
var. Azərbaycan əhalisinin 66 faizinin yaşı 55-dən aşağıdır”.
Məqalədə bildirilir ki, hazırda Bakıda Avropa Oyunları səviyyəsində
böyük idman yarışı keçirilir.
“Qarşıda Bakını digər böyük yarışlar da gözləyir. Misal üçün, 42-ci Şahmat Olimpiadası və futbol üzrə Avropa Çempionatının bir neçə qrup oyunları Azərbaycanın paytaxtında təşkil olunacaq.
Məqalənin tam variantı ilə burdan tanış ola bilərsiniz:
(http://www.nytimes.com/reuters/2015/06/24/sports/autoracing/24reuters-motor-racing-prix-baku.html?_r=0)
Asif Nərimanlı
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu