• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanla bağlı eyni xəbərlər Almaniyada necə yayılır?

  • Nida.az
  • 27 İyun 2015 18:02
  • 492 Baxış
Azərbaycanla bağlı eyni xəbərlər Almaniyada necə yayılır?

Almaniya mətbuatında ilk Avropa Oyunları və Azərbaycan haqqında bir sıra materiallar yer alıb.

Qafqazinfo” bu mövzu ilə bağlı hazırlanmış materialı təqdim edir:

“20-yə yaxın saytda eyni vaxtda, eyni materialın vergülü-nöqtəsinə dəyilmədən verilməsi Almaniyada anti-Azərbaycan kampaniyasının mərkəzləşdirilmiş qaydada həyata keçirildiyini əyani şəkildə təsdiq edir.

Məqsədləri də aydındır, taktikaları da. Amma bütün cəhdlər səmərəsiz qaldığı üçün kampaniyaçılar ara-sıra taktikalarında dəyişiklik etmək məcburiyyətində qalırlar. Artıq iki gündür “Frankfurter Allgemeine Zeitung”, “Der Tagesspiegel” qəzetləri, “Deutschlandradio” şirkətinə məxsus olan radio-kanalları, “Badische-Zeitung.de , “Morgenpost.de və onlarla kiçik sayt və agentlik qəfildən Azərbaycanı özləri üçün baş xəbər seçərək, ölkə haqda məqalələr yaymağa başlayıblar. Ən qəribəsi və gülməlisi odur ki, bu dəfə almanlar çox “orijinal” gediş ediblər: eyni vaxtda, eyni başlıqlı və məzmunlu xəbəri paylaşırlar. Vahid mərkəzdən hazırlanmış reportajı nöqtə-vergülünü dəymədən yayan “müstəqil” alman media təmsilçilərinin sayı isə inanmazsınız, nə az, nə çox 20-dən artıqdır!

Sizə həmin saytların siyahısını və bir neçəsinin “skrin-şot”unu təqdim edirik.

Eyni məqaləni müxtəlif saytlardan izləmək istəyənlər üçün bəzi mənbələri də göstəririk:

http://www.lr-online.de/sport/snews/Sport-News-Die-Europaspiele-Mini-Olympia-oder-Aliyev-Jubelshow;art3350,5080827

http://www.t-online.de/sport/id_74507834/europaspiele-2015-mini-olympia-in-baku-oder-aliyev-show-.html

http://www.mittelhessen.de/sport/weltsport/sportmix_artikel,-Die-Europaspiele-Mini-Olympia-oder-Aliyev-Jubelshow-_arid,510660.html

http://www.morgenpost.de/sport/article205420305/Die-Europaspiele-Mini-Olympia-oder-Aliyev-Jubelshow.html

http://www.wn.de/Welt/Sport/Sonstige/News/2028968-Sportereignisse-Die-Europaspiele-Mini-Olympia-oder-Aliyev-Jubelshow

http://www.swp.de/ulm/sport/sonstige/Sportereignisse-Europaspiele-Bilanz-Europaspiel-Ausrichter-Athlet-Gastgeber-Buerde;art1157846,3302359

Eyni mövzuda – eyni tezislər əsasında hazırlanmış məqalələrin bir qismi isə bunlardır:

http://www.zeit.de/news/2015-06/26/sport-allgemein-europaspiele-volleyballer-greifen-nach-gold-26192012

http://www.zeit.de/sport/2015-06/ilham-aliyew-baku-2015-europaspiele

http://www.zeit.de/news/2015-06/26/sport-allgemein-tv-quoten-sport1-mit-zuschauerplus-im-verlauf-der-europaspiele-26123407

http://www.idowa.de/region/straubing-bogen/artikel/2015/06/26/flos-sportwelt-die-ersten-europaspiele-in-baku-begeistern-koennen-sie-nicht.html

http://www.badische-zeitung.de/kommentare-1/europaspiele-eine-schoene-idee-wird-zum-aergernis--106801380.html

http://www.cicero.de/weltbuehne/european-games-aserbaidschad-european-games-aserbaidschan/59452

Razılaşın ki, çox acınacaqlı vəziyyətdir. İndiyədək biz maşınqayırma və yüksək texnologiyalar sahəsində “alman modeli”nin söz sahibi olduğunu bilirdik. İndi isə deyəsən biz “reket jurnalistikası” sahəsində yeni “alman model”inin də “çiçəkləndiyini” müşahidə edirik.

Xatırladaq ki, 2012-ci ildə “Eurovision” mahnı yarışması ərəfəsində də biz oxşar vəziyyətlə rastlaşmışdıq. Amma o zaman rəsmi Bakının haqlı narazılıqlarına cavab olaraq Almaniyanın xarici işlər naziri Gyudo Vestervelle bildirmişdi ki, “Almaniyada media azaddır və onun üzərində nəzarət yoxdur”.

Elə isə, maraqlıdır, görəsən Almaniya rəsmiləri bir mərkəzdən idarə olunaraq eyni materialın eyni vaxtda, eyni başlıqla 20-dən çox “müstəqil alman KİV”-də yayılmasını necə izah edəcək?

Bu fakt Almaniyadan əlaqələndirilmiş şəkildə, bir mərkəzdən Azərbaycana qarşı qarayaxma kampaniyasının həyata keçirildiyini göstərir. Əlbəttə, onun arxasında Rebekka Vinsentin və yaxud Ulirike Lunaçekin komandalarının durduğunu da iddia etmək olar. Amma bu məsələdə Almaniyanın rəsmi instansiyalarının rol alması da istisna edilməməlidir”.

Qafqazinfo

Xəbər lenti

DAHA ÇOX XƏBƏR