Nida Təhlil
MƏXFİ RAZILAŞMA: Seçkidən sonra Qarabağ ssenarisi işə düşəcək
“Seçkidən sonra Qarabağla bağlı güzəşt (ərazilərin qaytarılması-red) məsələsi qaçılmazdır”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Stepan Qriqoryan Serj Sarkisyanın Moskva səfərini şərh edərkən deyib.
Onun sözlərinə görə, Moskvada Qarabağla bağlı səslənən birgə
bəyanat Rusiyanın Ermənistanın hazırki hakimiyyətini dəstəklədiyini
göstərir: “Məqsəd hakimiyyətin aprelin 2-də keçiriləcək parlament
seçkilərində qalib gəlməsini təmin etməkdir. Hesab edirəm ki,
Rusiya indi Ermənistanın daxili siyasətinə hələlik qarışmayacaq.
Çünki Ermənistanda istənilən hakimiyyət Moskva ilə işləyəcək. Lakin
birgə bəyanatdan belə nəticə çıxarmaq olar ki, Rusiyanın dəstəyi
seçkilərin gedişatında problemlərlə qarşılaşan hakimiyyətə
lazımdır. Amma təkcə Moskvanın yox, Brüsselin də dəstəyi lazımdır.
Sarkisyan səfərləri ilə göstərmək istəyir ki, Rusiya, Avropa
Birliyi və NATO onu dəstəkləyir”.
Stepan Qriqoryan qeyd edib ki, Moskvada Qarabağla bağlı səslənən
birgə bəyanat Rusiyanın mövqeyini əks etdirmir.
“Bunu bütün məsuliyyətlə deyə bilərəm. Misal üçün, Rusiya ATƏT-in
Minsk qrupu formatını əhəmiyyətli hesab etdiyi kimi, üçtərəfli
formatı – Rusiya, Ermənistan və Azərbaycan – da dəyərləndirir.
Hakimiyyət seçkilər zamanı o arqumentdən istifadə edəcək ki, Rusiya
“bizim istəyimizi deyir”. Sarkisyan Moskvada vəziyyətin ciddi
olduğunu deyib. Mən gözləyirdim ki, hakimiyyət bu dəfə Rusiyaya
nəsə güzəştə gedəcək. Lakin bu olmadı. Bu o deməkdir ki, hər şey
razılaşdırılıb. Moskva Ermənistanda hakimiyyətə qarşı hay-küy
olmaması üçün İrəvandan heç nə tələb etmədi. Gözləməliyik ki,
seçkilərdən sonra hansı güzəştlər olacaq. Bu həm Rusiyanın istəyi,
həm də Qarabağla bağlı ola bilər. Seçkidən sonra ciddi proseslər
olacaq”, - deyə erməni politoloq vurğulayıb.
Asif
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: qarşıdurmalar ola bilər