Üç günə QƏLƏBƏ, İrəvan ərazilərin QAYTARILMASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Üç günə QƏLƏBƏ, İrəvan ərazilərin QAYTARILMASI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov RİA-ya müsahibə verib. Ermənistan prezidenti bu gün Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonundakı hərbi hissələrin birində olub. Cenevrədə 10 gün davam edən Kipr müzakirələrinin nəticəsiz yekunlaşmasından sonra adanı yeni bir gərginlik gözləyir. İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Ninova vilayətinin Tel-Afar şəhərində “xilafət”dən ayrılaraq müstəqil dövlətin yaradıldığını elan ediblər. Avropanı miqrant böhranında yenidən çətin günlər gözləyir. ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya və İran barəsində sanksiyalar haqqında qanun layihəsinin yeni versiyası təqdim edilib.

Azərbaycanın sərəncamında “İskəndər" raketlərini vura biləcək sistemlər var. Bunu Azərbaycan müdafiə naziri, general-polkovnik Zakir Həsənov “RİA Novosti”yə müsahibəsində deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya İctimai Palatasının üzvü, Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Brüssel görüşünü şərh edib. Onun proqnozuna görə, yaxın günlərdə Ermənistan Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək və münaqişənin həll olunmasına hesablanmış substantiv danışıqlara başlamaqla bağlı qərar qəbul ediləcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

19-29 iyul tarixlərində Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma “DQR” rejiminin “parlamenti” “prezident” seçəcək. Bu ilin 20 fevral tarixində separatçı rejimin keçirdiyi “referendumun” nəticələrinə görə, “parlament” “DQR”-də keçid dövrünün “prezidentini” seçməlidir. Bu keçid dövrü 2020-ci ilə qədər nəzərdə tutulur.

Ermənistan mediası “yeni prezidentin” də Bako Saakyan olacağını yazır. Qondarma rejimin “yeni konstitusiyası” Saakyana hakimiyyəti 2020-ci ilə qədər əlində saxlamaq imkanı verir. Lakin onun hakimiyyətini 2030-cu ilə qədər davam etdirəcəyi də deyilir.

Bütün bunlar isə Ermənistan prezidenti Serj Sarkisyanın rəhbərlik etdiyi “Qarabağ klanı”nın planlarıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan bu gün Azərbaycanla sərhəddə yerləşən Tavuş rayonundakı hərbi hissələrin birində olub. Bu barədə Ermənistan prezidentinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, Sarkisyan sərhədin şimal-şərqində yerləşən erməni hərbi birləşmələrinin mövqelərinə baxış keçirib.

Cəbhədə yaranmış gərginlik və nazirlərin iyulun 11-də keçirilən Brüssel görüşündən sonra Ermənistan prezidentinin Azərbaycana sərhədə gəlməsi erməni hərbi birləşmələrinin yeni təxribatlara əl ata biləcəyi ehtimalını ön plana çıxarır.

Tiflis İrəvan-Tiflis-Suxumi-Moskva dəmiryolunun açılması məsələsini nəzərdən keçirmir. Bunu jurnalistlərə açıqlamasında Gürcüstan Baş nazirinin Rusiya üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze söyləyib. Onun sözlərinə görə, Rusiya-Gürcüstan danışıqlarında Ermənistana tranzit dəhlizinin açılacağı ilə bağlı ümid verə biləcək məqam yoxdur.

Qeyd edək ki, Ermənistanın Nəqliyyat naziri Vaan Martirosyan, tezliklə, İrəvan-Tiflis-Suxumi-Moskva dəmiryolunun açılacağına ümid etdiyini bildirmişdi.

Cenevrədə 10 gün davam edən Kipr müzakirələrinin nəticəsiz yekunlaşmasından sonra adanı yeni bir gərginlik gözləyir. “Habertürk” saytı xəbər verir ki, gərginliyin səbəbi 11-ci bölgədir.

Məlumata görə, Fransanın TOTAL və İtalyan ENİ enerji şirkətiləri Şərqi Aralıq dənizində yerləşən 11-ci bölgədə iyulun 17-də qazma-axtarış işlərinə başlayacaq. İşləri həyata keçirəcək “West Capella” gəmisi artıq Kiprə çatıb.

Qazma işlərindən əvvəl sınaqlar bir neçə gün davam edəcək. Qazma dərinliyinin 1700 metr su dərinliyi ilə birlikdə 3500-4 min metr arasında olacağı gözlənilir. İşlərin təxminən 2-3 ay davam etməsi, ilk nəticələrin payızda açıqlanması nəzərdə tutulur. 11-ci bölgənin Misirin Zöhr bölgəsinə yaxın olması burada zəngin karbohidrogen yataqlarının tapılması ehtimalını gücləndirir.

Hər nə qədər 11-ci bölgə türk tərəfinin olduğu sahədə olmasa da, Şimali Kipr Türk Cümhuriyyəti (KKTC) və Ankara adanın bütün sərvətlərinin iki xalqa aid olduğunu bildirir.

“Habertürk”ə danışan mənbələr qeyd ediblər ki, Türkiyənin qarşısında iki yol var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ Konqresinin Nümayəndələr Palatasında Rusiya və İran barəsində sanksiyalar haqqında qanun layihəsinin yeni versiyası təqdim edilib. Qanun layihəsinin müəllifləri Demokratlar Partiyasının yüksək vəzifəli üzvlərindən ibarət qrupdur.

Bunlar Nümayəndələr Palatasında demokrat azlığın lideri Nensi Pelosi, demokrat fraksiyasının sədr müqavini Steni Xoyer və xarici işlər üzrə komitədə demokratların rəhbəri Eliot Enqeldir.

Agentliyin məlumatına görə, sənəd səslərin böyük əksəriyyəti ilə Senatda dəstəklənib. Beləliklə, qanun layihəsinin müəllifləri Nümayəndələr Palatasında respublikaçıların dəstəyinə nail olmaq niyyətindədirlər.

Qanun layihəsinin əvvəlki variantı respublikaçıların müqaviməti ilə qarşılaşıb. Lakin, yeni qanun layihəsinin perspektivinin də dumanlı olduğu görünür. Xüsusi halda, Nümayəndələr Palatasının spikerinin rəsmi nümayəndəsi Pol Rayan sənədə qarşı çıxıb. Bundan başqa, Ağ Ev də sənədə prezident tərəfindən veto qoyulacağını bəyan edib.

ABŞ Konqresinin Kaliforniya ştatından olan demokrat üzvü Bred Şerman prezident Donald Trampın impiçmentini tələb edən qanun layihəsini təqdim edib. Qanun layihəsində dövlət başçısının Rusiyanın prezident seçkilərinə müdaxiləsinin araşdırılmasına əngəl törətdiyi iddia olunur.

Konqresdən keçməsi ehtimalı az olsa da, qanun layihəsi Trampın impiçmenti tələbi ilə hazırlanan ilk rəsmi sənəd kimi qeydə alınıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın sabiq baş naziri Nikolay Azarov birləşdirilmiş “LXR/DNR”in (Luqansk və Donetsk “xalq respublikaları” – red.) başçısı ola bilər. Bunu “Obozrevatel” nəşrinə şərhində “İnformasiya müqaviməti” qrupunun koordinatoru, Ukraynanın xalq deputatı Dmitri Tımçuk deyib.

Onun sözlərinə görə, Donbasın əhalisinin müəyyən hissəsi onu hələ də qanuni rəhbər kimi qəbul edir.

“İnformasiyaya görə, o, birləşdirilmiş “LXR/DNR”ə rəhbərlik edəcək şəxs kimi Putini qane edən insanlardan biridir. Kreml bu fiqura tamamilə nəzarət edir və o, həmçinin Donbasın həm işğal edilmiş, həm də işğal edilməmiş hissəsində əhalinin müəyyən hissəsi tərəfindən qanuni lider kimi qəbul edilir”, - Tımçuk bildirib.

Qeyd edək ki, daha əvvəl separatçıların “Şərq” qruplaşmasının sabiq komandiri Aleksandr Xodakovski “LXR” və “DXR”in birləşdirilməsinin mümkünlüyündən danışıb.

Rusiya hərbçiləri Dnestryanıdan çıxmalıdır. Bunu jurnalistlərə açıqlamasında Moldovanın hakim Demokratik Partiyasının sədri və ölkənin “boz cardinal”ı Vladimir Plaxotnyuk söyləyib. Onun sözlərinə görə, hazırda Dnestryanıda Rusiyanın rəhbərliyi ilə aparılan sülhməramlı əməliyyat dayandırılmalıdır:

“Dnestryanı ilə bağlı danışıqlar artıq 25 ildir ki, müxtəlif formatlarda davam edir. Hələlik heç bir həll variantı tapılmayıb. Bütün bu illər ərzində Kişinyov yalnız sülhün saxlanılmasına sevinirdi, amma 2008-ci il Gürcüstan və 2014-cü il Ukrayna hadisələri göstərdi ki, regional konfliktlər istənilən an partlaya bilər”.

Qeyd edək ki, rus ordusu 1992-ci ildə Dnestryanıdadır.

Çin ABŞ-ın II Dünya müharibəsindən bu yana hakimiyyət qurduğu strateji dəniz yolları üzərindəki üstünlüyünə meydan oxuyan addımlar atır. Pekin son olaraq təyyarədaşıyan gəmi ilə gücləndirdiyi donanmasını strateji əhəmiyyətli Tayvan boğazına göndərib.

ABŞ-ın qlobal miqyasda zəifləməsindən istifadə edən Çin iqtisadi sahədən sonra siyasi və hərbi sahələrdə də həmlələr edir. Strateji dəniz yollarında hakimiyyət qurmaq istəyən Pekin Cənubi Çin dənizi ilə kifayətlənmək niyyətində deyil.

Çin ilk xarici bazasını Cibutidə quracağını rəsmi olaraq elan edib. Cibuti Qırmızı dəniz və Hind okeanına nəzarət baxımından strateji əhəmiyyətə sahibdir. Cibuti enerji xəttləri və qlobal ticarətə nəzarət baxımından strateji əhəmiyyət daşıyır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İŞİD terror qruplaşmasının döyüşçüləri İraqın Ninova vilayətinin Tel-Afar şəhərində “xilafət”dən ayrılaraq müstəqil dövlətin yaradıldığını elan ediblər. Bu haqda yerli mənbəyə istinadən İraqın “As-Sumariya” telekanalı bildirib.

“İŞİD başçıları qısa bəyanatla Tel-Afarda müstəqil dövlət elan ediblər. Bəyanatda onların əmrlərini yerinə yetirməyənlərin cəzalandırılacağı bildirilib”, - telekanal mənbənin sözlərini sitat gətirib.

Mənbə əlavə edib ki, Tel-Afar hazırda ərəblərin və əcnəbilərin əlindədir. Onun idarə olunmasında yerli başçılar heç bir rol oynamırlar.

Türkiyə ilə imzalanan miqrant razılaşması 2015-ci ildə Şərqi Aralıq dənizindən Avropaya miqrant axınının qarşısını alsa da, Avropanı yenidən çətin günlər gözləyir.

Publika.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, Afrikadan İtaliyaya gələn qaçqınlar Avropa üçün yeni böhranın yaxınlaşdığını göstərir.

Avropa Siyasət Mərkəzinin miqrant məsələləri üzrə məsləhətçisi Yves Paskouau qeyd edir ki, Afrika mənşəli qaçqınlar mərkəzi Aralıq dənizi yolundan istifadə edərək İtaliyaya çatmağa çalışırlar. Avropa İttifaqı (Aİ) Komissiyasının yanvar ayında açıqladığı hesabatda da Şərqi Aralıq dənizi marşrutunun nəzarət altına alındığı, mərkəzi Aralıq dənizi marşrutunun canlandığı bildirilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm