İrəvan qarşısında TƏK ŞƏRT, itirilmiş mövqeləri geri ALMAQ ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İrəvan qarşısında TƏK ŞƏRT, itirilmiş mövqeləri geri ALMAQ ÜÇÜN… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarında təlimlərə başlayıb. ATƏT-in Minsk qrupu həmsədrləri Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar. Səudiyyə Ərəbistanında baş verənlər gündəmin əsas mövzularından biri kimi qalmaqdadır. Saakaşvili Ukraynada hakimiyyət dəyişikliyinə söz verib. ABŞ prezidenti Donald Tramp Pxenyanı danışıqlara çağırıb.

Erməni hərbi birləşmələri işğal etdikləri Azərbaycan torpaqlarında təlimlərə başlayıb. Təlimlər Uzundərə adlanan ərazidə keçirilir.

Təlimlərdə ağır artilleriya və zirehli texnika istifadə olunur.

“Status-kvo”nun dəyişdirilməsi üçün işğala son qoyulmalı və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır.

Bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov İsveç Krallığına rəsmi səfəri çərçivəsində bu ölkənin baş nazirinin müavini Mats Anderssonla görüşündə deyib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hazırda ATƏT-in Minsk qrupu həmsədrləri hər iki ölkənin xarici işlər nazirlərinin görüşünü təşkil etmək üçün iş aparırlar. Bu sözləri ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.

“Azərbaycan və Ermənistan prezidentlərinin Cenevrə görüşü müsbət addımdır. Ancaq bu istiqamətdə addımların davamı gəlməli, əlavə işlər görülməlidir. Həlli uzanan bu münaqişənin dinc yolla həlli və prosesin irəli aparılması üçün işlər davam etdirilir”, - o bildirib.

Səudiyyə Ərəbistanının baş hakimi Şeyx əl Moyeb kral ailəsindən olan şahzadələrin və onlarla məmurun həbs edilməsinə dair açıqlama verib.

O, bunu “sadəcə bir başlanğıc” adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Səudiyyə Ərəbistanında baş verən və Yaxın Şərqdə yeni cəbhələşmənin önünü açan iqtidar savaşının arxasında ABŞ prezidenti Donald Trampın məsləhətçisi və kürəkəni Jared Kuşner dayanır. Məlumata görə, Tramp administrasiyasının zaman və coğrafi sərhəd məhdudiyyəti olmadan müharibə etmək üçün Senatdan səlahiyyət almaq istədiyi bir vaxtda Kuşner Ər-Riyada gizli şəkildə səfər edib. Səfərin oktyabr ayının son həftəsində reallaşdırıldığı deyilir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Məsud Bərzaninin referendum keçirməsinə dəstək verənlər İran, İraq və Türkiyə üzərindən bu layihənin uğursuz olması ilə eyni vəziyyətin Suriyanın şimalında da baş verəcəyini gördülər. ABŞ-ın Suriya və İraqdakı tezisləri problemlərlə qarşılaşdı. ABŞ və İsrail cəbhəni daha da cənuba çəkdilər. BƏƏ, Səudiyyə Ərəbistanı və Misir üzərindən yeni bir qalxan yaratdılar. Bu qalxan Səudiyyə Ərəbistanı və BƏƏ üçün deyil, ABŞ və İsrail üçün qurulub”. Bunu Səudiyyə Ərəbistanında həyata keçirilən həbsləri şərh edən Türkiyənin “Yeni Şəfəq” nəşrinin yazarı İbrahim Karagül bildirib.

İ.Karagül hesab edir ki, bundan sonra aşağıdakı proseslər baş verə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq ordusunun ABŞ-ın verdiyi tanklarla kürdlər üçün əhəmiyyətli neft şəhəri olan Kərkükü almasına ABŞ-ın reaksiya göstərməməsi bizi şok etdi. Bu sözləri Kürd Muxtariyyətinin lideri Məsud Bərzani deyib.

“ABŞ-la münasibətlərimizi ciddi şəkildə gözdən keçirəcəyik. Çünki insanlarımızın ABŞ-a sevgisi, güvəni azalıb və azalmaqda davam edir. Referendum keçirmək qərarımdan peşman deyiləm. Kürd dövlətinin qurulması qaçılmazdır. Bütün kürd gənclərinin müstəqillik üçün savaşacağına inanıram”, - Bərzani bildirib.

Ukraynada hakimiyyət dəyişikliyi edəcəm. Bu barədə bəyanatı Gürcüstanın eks-prezidenti, Odessa vilayətinin eks-qubernatoru Mixail Saakaşvili söyləyib.

“Əgər Kiyev Rada qarşısında etiraz edənlərin tələblərini yerinə yetirməsə, mən axşama Ukraynada hakimiyyət dəyişikliyini elan edəcəyəm”, – deyə o bildirib.

Qeyd edək ki, bu gün Ukrayna Ali Radasının binasının yaxınlığında Gürcüstanın keçmiş prezidenti, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin tərəfdarlarının mitinqi keçirilib.

Ukrayna prezidenti Pyotr Poroşenko Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşviliyə ittifaq bağlamağı təklif edib. Bu haqda “NewsOne” telekanalının efirində Saakaşvilinin özü bildirib.

Onun sözlərinə görə, dövlət başçısının tələblərindən biri “Batkovşina” Partiyasının lideri, keçmiş baş nazir Yuliya Timoşenkoya qarşı hücumların təşkili idi.

“Mənim qarşısımda iki tələb var idi. Birincisi, Yuliya Timoşenkoya hücüm etməliydim, çünki Timoşenko onun xoşuna gəlmir. İkincisi, Poroşenko mənə dedi ki, müdafiə sektorunda korrupsiyaya toxunmaq hüquqlarına malik deyiləm”, - gürcü siyasətçi deyib.

Saakaşvili bildirib ki, bu tələbləri yerinə yetirməkdən imtina edib. Siyasətçi qeyd edib ki, tələblərin yerinə yetirilməsindən imtina onun üçün müxtəlif nəticələrlə nəticələnə bilər.

“Poroşenko bildirdi ki, Ukrayna Təhlükəsizlik Xidməti bütün bu vaxt ərzində mənimlə bağlı dəlillər toplayıb və bunları hakimiyyətə yaxın olan mediaya ötürəcəklər”, - keçmiş qubernator yekunlaşdırıb.

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Vyetnamda görüşəcək. Bu haqda Kremlin mətbuat katibi Dmitri Peskov deyib.

O bildirib ki, görüş Asiya-Sakit okeanı iqtisadi sammiti çərçivəsində keçiriləcək. Peskovun sözlərinə görə, liderlər bir sıra məsələləri, o cümlədən Şimali Koreyanın nüvə varlığını müzakirə edəcək.

Qeyd edək ki, sammit noyabrın 10-11-də keçiriləcək.

Strateji mühafizə üçün nüvə silahları əvəzinə yeni tip qeyri-nüvə silahları istifadə edilə bilər. Bunu Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı Rusiya Baş Qərargah rəisi Valeri Gerasimov söyləyib.

Onun sözlərinə görə, hazırkı dönəmdə yüksək dəqiqliyə malik silahlar və hipersionik silahlar elə inkişaf tempinə çatıb ki, onları strateji mühafizə sferasında istifadə imkanları yaranıb. O, Rusiyanın son 5 il ərzində Baltik, Barens, Qara və Aralıq dənizlərində yüksək dəqiqliyə malik silahları istifadə edəcək qruplar yaratdığını bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm