İlk saatda yüz minlərlə ÖLÜ, Türkiyənin “B PLANI”… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İlk saatda yüz minlərlə ÖLÜ, Türkiyənin “B PLANI”… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycana yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası gətirilib. Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədi məlum olub. Türkiyə Rusiya ilə Afrin əməliyyatıyla bağlı məsləhətləşmələr aparır. Rus əsgərləri Afrindən geri çəkilməyə başlayıb. Moskva nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bəyan edib. ABŞ 2017-ci ildə ticarət sektorunda rekord qıran Çinə mane olmaq üçün iqtisadi müharibəyə başlaya bilər. ABŞ Təl-Əvivdəki səfirliyini 2019-cu ildə Qüdsə köçürəcək.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqların Azərbaycana tədarükü plana uyğun davam edir.

Müdafiə Nazirliyindən verilən məlumata görə, yanvarın 19-da yeni hərbi texnikanın növbəti partiyası ölkəmizə gətirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistanda hakim Respublika Partiyasının prezidentliyə namizədi məlum olub. Ermənistan prezidenti Serj Sarkisyan yeni namizədin Böyük Britaniyadakı səfir Armen Sarkisyanın olacağını açıqlayıb.

A.Sarkisyan 2013-cü ildən Ermənistanın Böyük Britaniyada səfiri vəzifəsində işləyir. O, 1996-97-ci illərdə Ermənistanın baş naziri olub.

Ermənistan mediası A.Sarkisyanın da Ter-Petrosyan kimi Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın mövqeyinə uyğun həllini dəstəkləməsindən və prezidentliyi dövründə buna çalışmasından narahatdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun Suriyanın Afrin bölgəsində həyata keçirəcəyi əməliyyatın planı artıq hazırdır. Əməliyyata 2-ci ordu komandiri general İsmail Mətin Təməl başçılıq edəcək.

Türkiyənin müxtəlif bölgələrindən gətirilən və çoxu xüsusi təlim alan hərbçilərdən ibarət təxminən iki briqada böyüklüyündə hərbi güc əməliyyatda iştirak edəcək. “Fərat Qalxanı” bölgəsində İŞİD terror təşkilatına qarşı “süpürmə” taktikası tətbiq edən Türkiyə ordusu Afrində PKK/ PYD-yə qarşı “mühasirə əməliyyatı” taktikasını həyata keçirəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Rusiya ilə Afrin əməliyyatıyla bağlı məsləhətləşmələr aparır. Bunu jurnalistlərə açıqlamasında Türkiyə Müdafiə naziri Nurəddin Canikli söyləyib.

“Biz Afrində əməliyyatlara hazırlaşırıq. Bunun üçün lazımı addımlar atırıq. Rusiya və regionun digər maraqlı ölkələri ilə koordinasiya qurmağa çalışırıq. Onların baxışlarını bizim mövqe ilə yaxınlaşdırmaq lazımdır”, – deyə o bildirib.

Rusiya Afrin əməliyyatında hava məkanından istifadə üçün Türkiyəyə icazə verməyəcəyi halda, Ankara “B planı”nı tətbiq edəcək. Bu haqda “Haber7” saytı yazıb.

Xəbərə görə, Ankara-Moskva xəttində Afrin əməliyyatı ilə bağlı danışıqlar davam etdirilir. Bildirilir ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünənki səfərinin əsas gündəmi də məhz Afrin əməliyyatı olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Silahlı qüvvələrinin həyata keçirəcəyi Afrin əməliyyatı öncəsi rus əsgərləri bölgədən geri çəkilməyə başlayıb. Türkiyə sərhədində olan 170 rus əsgəri 17 kilometr cənuba çəkiləcək.

Xatırladaq ki, Türkiyə Silahlı qüvvələrinin Baş qərargah başçısı Hulusi Akar və Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidanın Moskvaya dünən Moskvaya səfər edib. Səfərinin əsas gündəm mövzusu da məhz Afrin əməliyyatı olub.

ABŞ Suriyada böyük müharibəyə hazırlaşır. Bunu Rusiya Federasiya Şurasının xarici əlaqələr komitəsinin üzvü İqor Morozov Şimali İraq kürd muxtariyyətinin “Rudav” telekanalına açıqlamasında deyib.

“Moskvadakı müşahidəçilərinin əksəriyyəti ABŞ-ın Suriyada böyük müharibəyə hazırlaşdığını düşünür”, - o bildirib.

Rusiyalı senatorun sözlərinə görə, ABŞ-ın dəstəklədiyi kürdlərin və digər qüvvələrin müharibədə qarşı-qarşıya gələcəyi uzaq ehtimal deyil.

ABŞ Təl-Əvivdəki səfirliyini 2019-cu ildə Qüdsə köçürəcək. Bu haqda mənbələrə istinadən “Nyu York Tayms” qəzeti məlumat yayıb.

Daha əvvəl administrasiyadan iddia edirdilər ki, səfirliyin köçürülməsi prezident Donald Tramp səlahiyyət müddətinin sonuna (2021-ci il yanvarın 20-si - red.) olmayacaq. Ancaq nəşrin yazdığına görə, ABŞ-ın prezident administrasiyası köçürülmə ilə bağlı plan hazırlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya XİN rəhbəri Sergey Lavrov Moskvanın nüvə silahlarının qadağan olunması müqaviləsinə qoşulmaq niyyətində olmadığını bildirib. S.Lavrov bu barədə BMT Təhlükəsizlik Şurasının icrasında çıxışı zamanı bildirib.

“Rusiyanın Nüvə Silahlarının Qadağan Olunması Müqaviləsinə qoşulmaq niyyəti yoxdur. Çünki hesab edirik ki, nüvə silahının ləğvi yalnız ümumi, hərtərəfli və tam silahsızlaşdırılma kontekstində, Nüvə Silahının Yayılmaması haqqında müqavilə ilə hamı üçün (o cümlədən nüvə ölkələri üçün) nəzərdə tutulmuş bərabər və bölünməz təhlükəsizliyin təmin edilməsi şəraitində mümkündür”, - deyə Lavrov qeyd edib.

S.Lavrov Rusiyanın nüvə partlayışlarına qoyulan qadağanın uzadılmasını dəstəklədiyini bildirib.

ABŞ 2017-ci ildə ticarət sektorunda rekord qıran Çinə mane olmaq üçün iqtisadi müharibə başlada bilər. “Wall Street Journal” qəzetinin məlumatına görə, Ağ Ev Çinin ixracatlarına qarşı özəl plan və məhdudiyyətlərdən ibarət yeni “silah” hazırlayır. ABŞ-ın Çinin iqtisadi sürətinə mane olmaq üçün elan edəcəyi müharibə isə “Titanların savaşı” adlandırılıb.

Məqalədə “ABŞ daha öncə Çin kimi iqtisadi gücü, qlobal hədəfləri olan bir rəqibə rast gəlməyib. Yaponiya ABŞ-ın müttəfiqidir, buna görə bu ölkənin təhlükəsi olmayıb. Ancaq Çin getdikcə Amerikanın rəqibinə çevrilir” ifadələri yer alıb.

Şimali Koreyanın nüvə təhdidlərindən sonra Çin ilə ABŞ arasındakı ticarət müharibəsi dünya iqtisadiyyatını alt-üst edəcək.

Qarşıdakı yüzillikdə müharibələrin əsas səbəbi içməli su olacaq. Belə proqnozu Amerika Milli Kosmik Agentliyinin (NASA) iqlim üzrə mütəxəssisi Tomas Painter səsləndirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Konqresin Nümayəndələr Palatasının 33 üzvü ABŞ prezidenti Donald Trampa məktub yazaraq Şimali Koreya ilə hərbi əlaqələri bərpa etməyə çağırıb.

"Şimali Koreya ilə hərbi əlaqələri bərpa et. Şimali Koreya dünyada ABŞ-ın hərbi səviyyədə informasiya mübadiləsi olmayan yeganə nüvə ölkəsidir. Sən əlindən gələni etməlisən ki, iki ölkə arasındakı münaqişələr genişlənməsin. Məsələ nüvə müharibəsinə gedib çıxmamış, bu problemlər həll edilməlidir", - məktubda deyilir.

Məktubla bağlı ABŞ prezidenti heç bir cavab verməyib.

“Pxenyanı nüvə proqramından imtinaya məcbur etmək məqsədi ilə Koreya Xalq Demokratik Respublikasına ən məhdudlaşdırılmış hərbi zərbələr faciəli nəticələrə gətirib çıxara bilər”. Belə xəbərdarlıqla İraq müharibəsinin veteranları - İllinoys ştatından demokrat senator Temmi Dakuort və Arizona ştatından demokrat senator Ruben Qalleqo çıxış edib.

Onların xəbərdarlığı ABŞ-ın dövlət katibi Reks Tillersonun Şimali Koreya ilə bağlı son bəyanatından sonra verilib. Tillerson qeyd edib ki, nüvə və raket proqramlarından imtina etməyəcəyi halda, müharibənin başlanması istisna edilmir.

Dakuort və Qalleqo Donald Tramp administrasiyasını Şimali Koreya ilə istənilən hərbi münaqişə ideyasından və davakar ritorikadan imtina etməyə çağırıb.

“Pxenyan hücumdan bir neçə saat sonra – müttəfiqlər Şimali Koreyanın artilleriyasını məhv etməyə vaxt tapmadan Seulda və ətraf rayonlarda yaşayan yüz minlərlə Cənubi Koreyalını və amerikalını məhv edə bilər. Bundan sonrakı həftələr və aylar ərzində hər gün on minlərlə insan həlak olacaq”, - qanunvericilər bildiriblər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm