Vaşinqtonun GİZLİ HƏDƏFİ, Putinin qələbəsindən sonra QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Vaşinqtonun GİZLİ HƏDƏFİ, Putinin qələbəsindən sonra QARABAĞDA… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun həmsədrlərini qəbul edib. Erməni ekspert Rusiyadakı seçkidən dərhal sonra Bakının Qarabağın azad olunması prosesinə başlayacağını iddia edib. “Zeytun budağı” hərəkatını uğurla davam etdirməsi PKK terrorçuları arasında fikir ayrılığına səbəb olub. Suriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ bu ölkədə “B Planı”nı həyata keçirməyə çalışır. İsrail Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən bir araşdırma mərkəzinə raket zərbələri endirib. KXDR-dən çəkilən yeni peyk şəkilləri ölkə lideri Kim Çen İnın planını ifşa edib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 7-də ATƏT-in Minsk qrupunun Fransadan olan həmsədri Stefan Viskontini, Rusiyadan olan həmsədr İqor Popovu, ABŞ-dan olan həmsədr Endrü Şoferi və ATƏT-in fəaliyyətdə olan sədrinin xüsusi nümayəndəsi Anji Kaspşiki qəbul edib. Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı danışıqların hazırkı vəziyyəti və perspektivləri müzakirə edilib.

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, seçkilərdən sonra intensiv danışıqların davam etdirilməsi razılaşdırılıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya xarici işlər naziri Sergey Lavrovun ötən həftə ATƏT-in fəaliyyətdə olan sədri, İtaliyanın xarici işlər naziri Ancelino Alfano ilə görüşün yekunlarına həsr olunmuş mətbuat konfransında Dağlıq Qarabağda ATƏT müşahidəçilərinin sayının genişləndirilməsi ilə bağlı məsələyə münasibəti açıq suallar yaratdı.

Ermənistan hakimiyyətindəki diplomat Rusiyanın Qarabağla bağlı yeni planının nədən ibarət olduğunu “Qraparak” qəzetinə açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qoşunların 2018-ci il üçün döyüş hazırlığı planına uyğun olaraq Raket və Artilleriya birləşmələri 152 millimetrlik “DANA” özüyeriyən artilleriya qurğularının istifadəsi ilə döyüş atışlı taktiki təlimlər keçirib. Təlimlərdə praktiki döyüş atışlarının yüksək dəqiqliyini və intensivliyini təmin etmək məqsədilə müasir avtomatlaşdırılmış idarəetmə sistemlərindən istifadə olunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyada prezident seçkilərində Vladimir Putinin qələbəsindən dərhal sonra Azərbaycan Dağlıq Qarabağın azad edilməsi istiqamətində ciddi hərəkata başlayacaq və Moskva bunu dəstəkləyəcək.

Q.Qalustyan iddia edir ki, Rusiyadakı seçkidən dərhal sonra Bakı Qarabağın azad olunması prosesinə başlayacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ankara Vaşinqtonla Suriyanın Afrin bölgəsində həyata keçirilən əməliyyatı müzakirə etməyəcək. Bunu Türkiyənin Xarici İşlər Nazirliyinin başçısı Mövlud Çavuşoğlu ölkə telekanallardan birinin efirində bildirib.

“Afrində Amerika hərbçiləri yoxdur. Orada vaxtaşırı yalnız ABŞ-ın xüsusi xidmət orqanlarının əməkdaşları olurlar. Buna görə də ABŞ-la Afrin mövzusunu müzakirə etməyə ehtiyac yoxdur”, - türkiyəli nazir deyib.

Çavuşoğlu Vaşinqtonu yenidən YPG-yə (PKK terror təşkilatının Suriya qanadı olan PYD-nin silahlı gücləri –red.) silah çatdırılması siyasətindən imtina etməyə çağırıb:

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu İrana səfər edib. Çavuşoğlunun Tehranda Afrin əməliyyatını müzakirə etdiyi bildirilir.

Qeyd edək ki, İran rəsmiləri açıqlamalarında Afrin əməliyyatının tez bir zamanda bitməsinin vacibliyi haqda fikirlər səsləndirirdilər.

Qəndil (PKK terror təşkilatının əsas qərargahı, Şimali İraqda yerləşir –red.) Afrində PYD-nin (PKK terror təşkilatının Suriya qanadı –red.) Afrindəki itkilərini kompensasiya etmək üçün mahala 600 terrorçu göndərib. PKK terrorçuları Münbic və Kobani kimi bölgələrdən 2 min nəfər dinc sakinlə birlikdə “vətəndaşlara həmrəylik ziyarəti” adı altında Afrinə gətirilib.

Xəbərə görə, terrorçular Rusiya və Suriya rejiminin nəzarətində olan Tel Rifat bölgəsindən keçərək Afrinə daxil olub. Təhlükəsiz mənbələrin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələri və kəşfiyyat qurumları peyk şəkillərinə baxdıqdan sonra terror konvoyunu analiz edib. Konvoyda olan dinc əhali və terrorçuların sayı, həmçinin daşıdığı silahlar ətraflı araşdırılıb.

Konvoyla, xüsusilə Afrindəki terrorçuların istədiyi zenit sistemlərinin göndərildiyi bildirilir.

Qeyd edək ki, bu gün Türkiyə Silahlı Qüvvələrinin Baş qərargahının açıqladığı məlumata görə, Afrində 1000-ə qədər terrorçu öldürülüb.

“Zeytun budağı” hərəkatını uğurla davam etdirməsi PKK terrorçuları arasında fikir ayrılığına səbəb olub. Terrorçuların Qəndildən olan qrupu döyüşə davam etmək fikrində olsa da, Afrindəkilər geri çəkilməyi üstün tutub. Nəticədə Afrindən geri çəkilən terrrorçularla Qəndil qrupu arasında Cinderesdə toqquşma baş verib.

Məsələ ilə bağlı afrinli jurnalist Məsud İbo açıqlama verib. O bildirib ki, döyüşlərdə uğursuzluq terrorçuları tamamilə ruhdan salıb:

“Qəndil qrupu Afrindəki terrorçuları xəyanətdə günahlandırıb. Afrindəki PKK-çılar isə mindən çox itki verdiyini və bu səbəbdən geri çəkilməli olduqlarını bildiriblər. Oxşar silahlı insidentlər Şeyx Hadid və Racoda da yaşanıb”.

Suriyadakı sülh danışıqlarını sabotaj etməyə çalışan ABŞ-ın kimyəvi hücum xəbərdarlıqları çoxalır. ABŞ bölgədə hərbi qüvvələrin sayını artıraraq yeni planını həyata keçirmək niyyətindədir.

2017-ci ilin sentyabr ayında Astana formatında keçirilən 6-cı danışıqlarda ABŞ heyətinə başçılıq edənDövlət Departamentinin Yaxın Şərq işləri üzrə məsləhətçisi Devid M.Satterfield yanvarın 11-də ABŞ Senatında çıxışında bildirdi ki, Cenevrədə davam edən danışıqlarda razılaşma əldə edilməməsi halında, ABŞ-ın Suriyaya dair alternativ planı var.

Geosiyasi məsələlərə işıq tutan “The professors Blog” adlı xəbər və analiz platformasının qurucusu Marsello Ferrada de Noliyə görə, Pentaqonun Suriyada rejim dəyişikliyini nəzərdə tutan “A Planı” müvəffəqiyyətsizliyə uğrayıb. Onun sözlərinə görə, ABŞ bundan sonra Fəratın şərqini - PKK/PYD işğalı altındakı olan neft bölgələrinə nəzarəti tamamilə zəmanət altına almağı nəzərdə tutan “B Planı”nı irəli sürüb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Hazırda ABŞ və Türkiyə Qərbi Asiyada savaşın iki qütbündə yer alır. Digər ölkələr bu qütbləşməyə görə mövqe tuturlar”. Bu fikirlə Türkiyənin Vətən Partiyasının sədri Doğu Perinçek (“Dərin dövlət”in adamı olaraq tanınır – red.) “Aydınlıq” qəzetində dərc etdiyi yazısında çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İsrail Suriyanın paytaxtı Dəməşqin yaxınlığında yerləşən bir araşdırma mərkəzinə raket zərbələri endirib. Bu haqda İsrailin “Haaretz” nəşri yazıb.

Almaniyanın DPA informasiya agentliyinə danışan bir suriyalı səlahiyyətli isə Suriya ordusuna məxsus hava hücumundan müdafiə sistemlərinin İsrailin hücumuna cavab verdiyini bildirib. Məlumata görə, raketlər hədəfə çatmadan zərərsizləşdirilib.

Ukrayna qoşunlarının Krımdan müqavimətsiz çıxarılması haqqında qərar prezident administrasiyasının başçısı Sergey Paşinskinin təşəbbüsü ilə qəbul edilib. Bu haqda Feysbuk səhifəsində Ukraynanın sabiq prezidenti Viktor Yanukoviçin vəkili Vitali Serdyuk bildirib.

Serdyuk müdafiə naziri səlahiyyətlərinin keçmiş icraçısı İqor Tenyuxun dindirilməsi protokolunun surətlərini dərc edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Xarici dünyaya qapalı olması səbəbilə “sirli ölkə” adlandırılan Koreya Xalq Demokratik Respublikasından (KXDR) çəkilən yeni peyk şəkilləri ölkə lideri Kim Çen İnın planını ifşa edib. Cənubi Koreya sərhədinə çox yaxın bir bölgədə yerləşən Yongbong-Ni hərbi obyektindən çəkilən peyk görüntüləri bölgənin Şimali Koreyanın cənub qonşusuna hücumu üçün yenidən dizayn edildiyini üzə çıxarıb.

Böyük Britaniyanın əldə etdiyi görüntülər 2017-ci ilin dekabrında çəkilib. Bölgədə Şimali Koreya ordusunun xüsusi təyinatlı birliklərinin yerləşdiyi bildirilir. Məlumata görə, bu birliklər yarım saat ərzində Cənubi Koreyaya hücum imkanına sahibdirlər.

Lakin bu peykdən çəkilən fotoşəkillərə üzə çıxan ilk sirr deyil. Kommunist Partiyasının ciddi nəzarəti altında olan və xarici dünya ilə az qala təcrid olunmuş vəziyyətdə yaşayan Şimali Koreyanın sirr kimi saxladığı hərbi obyektlər peyklər və digər yüksək texnologiya sayəsində zaman-zaman ortaya çıxır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm