Nida Təhlil
Araz Əlizadədən SƏRT SÖZLƏR: "ATƏT başını daşa döyüb..."
“ATƏT-in kiməsə irad tutmağa nə haqqı, nə də ixtiyarı var”.
Bu sözləri Publika.az-a açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə ATƏT-in Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı yaydığı bəyanatı şərh edərkən deyib.
A.Əlizadə bildirib ki, ATƏT ancaq saxta şirkətlər yaradıb göz boyamaqla məşğuldur:
“20 ildən artıqdır, “kor-kor, gör-gör” Qarabağ münaqişəsi var və ATƏT öz üzərinə götürdüyü vəzifəni hələ də yerinə yetirə bilmir. “Minsk qrupu” adlı qurum yaradıb və təcavüzkarı müdafiə edir. ATƏT bu durumda nədən danışır? Hansı seçki saxtalığından, hansı bərabərhüquqlu rəqabətdən dəm vurur? Məgər dünya belə bərabərhüquqludur ki, onlar təcavüzkarı qoyub, təcavüzə məruz qalan ölkədən güzəştə getməyini tələb edirlər? ATƏT başını daşa döyüb Azərbaycandakı seçkiləri tənqid edir. Bu qurumun belə iddialı addım atması Azərbaycan xalqının ATƏT-in fəaliyyətinə güvənməməsindən irəli gəlir".
O bildirib ki, ATƏT-in öz rolundan əlavə digər məsələlərə müdaxilə etməsinə haqqı yoxdur:
"Əgər əvvəllər biz sosial-demokratlar ATƏT-in Minsk qrupunun fəaliyyətini dayandırmasından danışırdıqsa, artıq bu gün bütün əhali bu haqda danışır. Çünki Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli ilə maraqlanmağa cəhd belə göstərmir. Həmsdərlər bu probelmdən çox effektiv şəkildə istifadə edib pul qazanırlar. Onlarla diplomat Minsk qrupunun sayəsində maaş alıb dolanır. Əgər Azərbaycan bu qrupun fəaliyyətinə son qoysa, görün nə qədər insan işsiz qalacaq.
Bu durumda ATƏT-in Azırbaycana hər hansı mövzuda irad bildirməsinə nə mənəvi, nə də siyasi haqqı yoxdur. Ümumilikdə isə, ATƏT-in bir rolu var. O da tövsiyə xarakterli bəyanatlar vermək”.
Zümrüd
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi
-
Magazin208:00
Şakira açıq-saçıq geyimi ilə heyrətləndirdi - FOTO
-
Yaxın Şərq07:30
"Hizbullah" İsraili artilleriyadan atəşə tutdu
-
Dünya06:46
ÜST-dən siqaretlə bağlı HƏYƏCAN TƏBİLİ: "Gənclərin 57%-i..."
-
Sosial05:15
Anasından asılı olan qızların 5 ƏLAMƏTİ - Sonrakı həyat necə olacaq?
-
Sosial03:13
Özünü qadına görə güllələdiyi deyilən Nəsib Quliyevin övladları və xanımı yasda İŞTİRAK ETMƏDİLƏR
-
Dünya02:12
Qadınlar SİLAHA SARILDILAR: əxlaqsızlığı təşviq edən festival LƏĞV EDİLDİ
-
Magazin100:45
Könül Kərimova estetik əməliyyat etdirdi - FOTO