Nida Xəbər
İlham Əliyevlə Sarkisyan arasında maraqlı QARABAĞ DİALOQU
Ermənistan prezident Serj Sarkisyan və xarici işlər
naziri Eduard Nalbandyan vaxtaşırı olaraq Qarabağ danışıqlarının
detalları ilə bağlı hakim Respublika Partiyasının iclaslarında
məlumat verirlər.
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın
“Qraparak” qəzeti yazıb.
“Məqsəd odur ki, “partiya qocalarında” XİN rəhbərinin
“biznes-klas”da ora-bura uçmaqdan başqa heç nə etmədiyinə dair
təəssürat yaranmasın”, - deyə qəzet qeyd edib.
Daha sonra qəzet Respublika Partiyasındakı mənbəyə istinadən,
görüşlərin birində Azərbaycan və Ermənistan prezidentlərinin
arasında Dağlıq Qarabağda referendum keçirilməsi ilə bağlı baş
verən dialoqu açıqlayıb.
Prezident İlham Əliyev Qarabağda referendum ideyasına qarşı qəti
sürətdə qarşı çıxır və Sarkisyandan soruşur:
“Mənim tərəfimdən səsləndirilən istənilən müddətlə
razılaşacaqsınız?”.
- Bəli, - Sarkisyan cavab verir.
- İyirmi il – İlham Əliyev deyir.
- Razıyam – Sarkisyan cavab verir.
- Otuz il.
- Razıyam.
- Yetmiş il.
- O qədər heç kim yaşamaz – Sarkisyan bu dəfə etiraz edir.
Qeyd edək ki, Dağlıq Qarabağın son statusunun müəyyən edilməsi üçün
referendumun keçirilməsi Madrid prinsiplərində əks olunub. Bu
prinsiplərə görə, referendumun keçirilməsi üçün zaman çərçivəsi
müəyyən olunmalıdır.
Asif
-
Ekologiya02:00
Güclü maqnit qasırğası başladı - Nələr olacaq?
-
İdman01:10
Mbappe gedəcəyini elan etdi - Bu oyunda vida mərasimi olacaq
-
Qoroskop00:43
Günün qoroskopu: planlar pozulacaq - Bunları edin!
-
İdman10 May 23:46
Lalə Kramarenko: Azərbaycanın təklifini qəbul etmək xəyanət olar
-
Sosial10 May 23:34
Dünya rekordçusu olan laçınlı nənə Heydər Əliyevlə bağlı xatirələrini bölüşdü - VİDEO
-
Ekologiya10 May 23:10
Günəşdə 25 ilin ən güclü partlayışı baş verdi
-
Art10 May 22:21
Murad Muradov süni nəfəs aparatına qoşulub - YENİLƏNDİ
-
Elm və təhsil10 May 22:00
Abituriyentlərin NƏZƏRİNƏ: nəticələr elan olundu