İrəvan rəsmən açıqladı: "Lukaşenko bizə imkan vermir"
Bizi izləyin

Nida Xəbər

İrəvan rəsmən açıqladı: "Lukaşenko bizə imkan vermir"

Sarkisyan yenə şikayətlənir.

Rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi postuna Ermənistan nümayəndəsinin təyin edilməməsinə görə Belarusu ittiham edib.

Publika.az xəbər verir ki, bununla bağlı Ermənistan xarici işlər nazirinin müavini Savarş Koçaryan açıqlama verib.

S.Korayan deyib ki, KTMT-yə erməni baş katibin təyin olunması məsələsi İrəvanda keçirilən iclasda həll olunmadı:

“Bununla bağlı qərar Sankt-Peterburqda keçirilən növbəti iclasda veriləcəkdi. Lakin Belarus prezidenti Aleksandr Lukaşenko iclasa qatılmaqdan imtina etdi və beləliklə, təşkilatın baş katibinin Ermənistanın nümayəndəsinin olmasına icazə vermədi. Ümid edirik ki, növbəti iclasda bu məsələ öz həllini tapacaq”.

Ermənistan XİN rəsmisi qeyd edib ki, KTMT-yə erməni baş katibinin təyin olunmasına Qazaxıstan mane olmur: “Əsas maneə Belarusdur”.

Qeyd edək ki, KTMT-nin sonuncu iclası ötən ilin 26 dekabr tarixində Sankt-Peterburqda keçirilib. Həmin iclasda erməni baş katibin təyinatının həll olunması gözlənilsə də, Aleksandr Lukaşenkonun iclasa qatılmaması planları alt-üst edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan prezidenti Serj Sarkisyan buna görə KTMT üzvlərindən şikayətlənmişdi.

“Heç kim ittifaq üzvü olan Ermənistanda nələrin baş verdiyi ilə maraqlanmır. Hətta telefonu götürüb zəng etməyi belə lazım bilmirlər. Bir-bizimə qarşı çıxırıq, üçüncü ölkənin (Azərbaycanı nəzərdə tutur-red) bəyanatlarına dəstək veririk”, - deyə Sarkisyan qeyd etmişdi.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm