Çevik Polis Alayında əməliyyat müşavirəsi
Bizi izləyin

Nida Xəbər

Çevik Polis Alayında əməliyyat müşavirəsi

Tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib.

Bu gün Əlahiddə Çevik Polis Alayında 2016-cı il ərzində görülmüş işlərin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Publika.az xəbər verir ki, tədbirdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov da iştirak edib. Müşavirəni açan nazir Ramil Usubov ölkəmizdə mövcud olan sabitlik və təhlükəsizlik şəraitinin daha da möhkəmləndiyini, bu proseslərdə yaxından iştirak edən Daxili İşlər Nazirliyi tərəfindən respublikada ictimai asayişin ötən ildə də etibarlı qorunduğunu xatırladıb. Həyata keçirilən kompleks tədbirlərin müsbət nəticələr verdiyini, kriminogen durumun nəzarətdə saxlanıldığını, görülən işlərdə, əldə edilən müsbət nəticələrdə Əlahiddə Çevik Polis Alayının şəxsi heyətinin də böyük əməyi olduğunu diqqətə çatdıran nazir hüquq-mühafizə orqanlarının birgə fəaliyyətinin ölkədə əmin-amanlığın təmin edilməsini və davamlı olmasını şərtləndirən əsas amillərdən biri olduğunu bildirib.

Qeyd olunub ki, əvvəlki illərdə olduğu kimi, 2016-cı ildə də cinayətlərin dinamikasında müsbət təmayüllər qeydə alınıb, cinayətlərin açılması, axtarışda olan şəxslərin tutulması yaxşılaşıb, mütəşəkkil cinayətkarlığa, insan alverinə və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə güclənib, qanunçuluğun möhkəmlənməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində müsbət nəticələr əldə edilib.

Ötən ildə görülmüş işlər və əldə olunmuş nəticələr, həmçinin qarşıda duran vəzifələr barədə Əlahiddə Çevik Polis Alayının komandiri, polis general-mayoru Zaur Abdullayev məruzə ilə çıxış edib. O deyib ki, Alayın patrul bölüklərinin xidmət apardığı paytaxtın küçə və prospektlərində hesabat dövründə kriminogen durum bütövlükdə nəzarətdə saxlanılıb, cinayətlərin və digər hüquqpozmaların aşkarlanması və vaxtında qarşısının alınması üçün kompleks tədbirlər müəyyən edilərək həyata keçirilib.

Müşavirəyə yekun vuran daxili işlər naziri şəxsi heyətin ötən hesabat ilindəki fəaliyyətinin yekunlarını müsbət qiymətləndirib, tapşırıq və tövsiyələrini verib, qarşıda duran vəzifələrdən, onların həlli yollarından danışıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm