Nida Xəbər
Nuru Paşa Bakının azad edilməsi üçün Tağıyevdən qızıl alıb? - QALMAQAL
Azərbaycan Sosial-Demokrat Partiyasının (ASDP) sədri,
Milli Məclisin deputatı Araz Əlizadə Bakını işğaldan azad edən
Qafqaz İslam Ordusunun komandanı Nuru Paşa haqqında qalmaqallı
iddia irəli sürüb.
Publika.az xəbər verir ki, A.Əlizadə Nuru Paşanın yalnız
qızıl alandan sonra Bakıya doğru hərəkət etdiyini bildirib.
“Erməniləri bizim üstümüzə salan elə Osmanlı idi. Sonradan isə
xilas etdilər. Bu faktı unutmayın. Nuru paşa Gəncədə oturmuşdu və
ona qızıl gələnə qədər yerindən tərpənmirdi. Hacı Zeynalabdin
Tağıyev Nuru Paşaya faytonla qızılı çatdırandan sonra o, Gəncədən
Bakıya doğru hərəkət etdi”, - deyə o, qeyd edib. (modern.az).
A.Əlizadə bu iddiasını Fazil Mustafanın elmi məqaləsinə istinadən
irəli sürdüyünü də vurğulayıb.
Milli Məclisin deputatı Fazil Mustafa isə
Publika.az-a açıqlamasında belə bir məqaləsinin
olmadığını deyib: “Mənim belə bir məqaləm yoxdur, ola da bilməz.
Nuru Paşa pulsuz-parasız gələrək, bizi ermənilərdən xilas etdi. Mən
həmişə demişəm ki, biz Nuru Paşanın Azərbaycan üçün etdiklərinin
qarşılığını verməmişik, buna görə də onun yanında
xəcalətliyik”.
F. Mustafa qeyd edib ki, Araz Əlizadə nəyə əsasən belə dediyini
bilmir.
“Mənim məqaləmdən Nuru Paşanın əleyhinə olan bir cümləni tapıb
göstərsin. Bu mümkün ola bilməz. Onun niyə belə dediyini də
anlamıram”, - deyə o vurğulayıb.
Asif
-
Sosial17:25
Məktəblərdə telefondan istifadə qadağan edildi
-
Region17:07
ABŞ Ermənistana bu qədər sərmayə qoyub - Departament açıqladı
-
Sosial16:35
İlham Əliyev iki fərman imzaladı
-
Hadisə16:08
Əsgərimiz özünü öldürüb - FOTO/RƏSMİ
-
Rəsmi xronika15:16
İlham Əliyev türkiyəli aktyoru təltif etdi - FOTO
-
Kriminal14:18
Atası oğlunu öldürəni bağışlamışdı, amma... - Məhkəmə qərar verdi
-
ABŞ13:22
Dünyanın ən varlı 3 milyarderi andiçmədə Trampın yanında olacaq: Bu qədər pul veriblər
-
Region12:40
Xamenei adamını gizli şəkildə Moskvaya göndərdi - İran çıxılmaz vəziyyətdə