Nida Xəbər
Azərbaycan düşməni vahiməyə salan hərbi texnikanı CƏBHƏYƏ GÖNDƏRİR: YENİ SİLAHLAR - - FOTO/VİDEO
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasındakı hökumətlərarası razılaşmaya əsasən və uğurla inkişaf edən hərbi-texniki əməkdaşlıq çərçivəsində ölkəmizə ən yeni hərbi texnikanın plana uyğun çatdırılması həyata keçirilib.
Publika.az Müdafiə Nazirliyinə istinadən xəbər
verir ki, Bakı limanına gətirilən çoxlu sayda müasir silahlar yaxın
vaxtlarda cəbhəboyu zonaya göndəriləcək.
Bu silahlar düşmənin zirehli texnikası, mühəndis-istehkam
qurğuları, kiçiksürətli hava hədəfləri, canlı qüvvəsi və digər
hərbi obyektlərinin vurulması üzrə Silahlı Qüvvələrimizin ön xətt
bölmələrinin döyüş və manevr imkanlarını artıracaq.
Rusiya hərbi texnikası və silahlarının Azərbaycana gətirilməsi
davam edəcəkdir.
Eyni zamanda 26 iyun - Azərbaycan Silahlı Qüvvələri Günü ərəfəsində
“Rosoboroneksport” SC-nin Baş direktoru Aleksandr Mixeyev
birincilər sırasında Azərbaycanın Müdafiə naziri general-polkovnik
Zakir Həsənəvun adına təbrik məktubu ünvanlayıb.
Təbrikdə qeyd edilir ki, ölkələrimizin birgə səyləri dövlətlərimizə
fayda gətirəcək və Azərbaycanın müdafiə qabiliyyətinin
möhkəmlənməsinə xidmət edəcəkdir.
Məktubda həmçinin bildirilir ki, hərbi-texniki əməkdaşlığın
inkişafı Azərbaycan xalqının sülh və əmin-amanlığının təmin
olunmasında Silahlı Qüvvələrinizin güc və qabiliyyətinin daha da
artırılmasına xidmət edəcəkdir.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR