“Putin münaqişəni dondurmaq və özü üçün..” - Moskvanın PLANLARI AÇIQLANDI
Bizi izləyin

Nida Xəbər

“Putin münaqişəni dondurmaq və özü üçün..” - Moskvanın PLANLARI AÇIQLANDI

“Rusiya prezidenti Vladimir Putinin Donbasda BMT sülhməramlılarının yerləşdirilməsi barədə ideyası göstərir ki, Moskva münaqişənin dondurulması xəttini yürütməyə hazırdır".

Publika.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu haqda Rusiya politoloqu və publisisti Andrey Piontkovski bildirib.

Politoloq qeyd edir ki, ABŞ-ın Ukrayna böhranı ilə əlaqədar bugünkü mövqeyini nəzərə alaraq BMT Təhlükəsizlik Şurasının Moskvanın təklifi ilə raşılaşacağı qeyri-real görünür.

Eyni zamanda, Piontkovski bildirir ki, Putin Donbasda münaqişənin eskalasiyasına gedə bilər.

“Onun üçün yox ki, Kiyevə və ya Mariupola çatmaq lazımdır. Məqsəd Qərbi sıxmaq, onu bir az qorxutmaq, vəziyyəti özü üçün daha əlverişli hala gətirmək və ya münaqişəni Rusiyanın xeyrinə dondurmaq olar”, - o yekunlaşdırıb.

Qeyd edək ki, dünən Rusiya Donbas bölgəsində BMT sülhməramlılarının yerləşdirilməsi haqqında qətnamə layihəsini təqdim edib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasiliy Nebenzyanın sözlərinə görə, sənəd BMT-nin Baş katibinə və Təhlükəsizlik Şurasının sədrinə göndərilib.

Daha əvvəl Rusiya prezidenti Vladimir Putin bildirib ki, Moskva müəyyən şərtlərlə Donbas bölgəsində ATƏT-in missiyasının təhlükəsizliyini təmin edəcək sülhməramlıların yerləşdirilməsi ideyasını dəstəkləyir.

Onun sözlərinə görə, bu məsələnin həlli yalnız ağır texnikanın təmas xəttindən aparılmasından sonra mümkündür. Bundan başqa, Putin qeyd edib ki, problemi “LXR” və “DXR”in (Donbasda yaradılan separatçı qurumlar - red.) nümayəndələri ilə təmas çərçivəsində həll etmək lazımdır.

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin Saakaşvilinin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin sülhməramlıların tərkibində Rusiya hərbiçilərinin olacağını düşünür.

“Putin hesab edir ki, sülhməramlıların tərkibində Rusiya hərbiçiləri olacaq. Və bu, münaqişə zonasında onların mövcudluğunu qanuniləşdirəcək. Bundan başqa, üçüncü tərəfin iştirakı ideyası nəticəsində Ukrayna öz ərazi bütövlüyünü bərpa edə bilməyəcək. Təklif “LXR” və “DXR”i (Ukraynanın şərqində yaradılan separatçı rejimlər - red.) qeyri-müəyyən uzunmüddətli dövrə qədər qanuniləşdirir. Bu gün Rusiya tərəfindən işğal edilmiş Ukrayna əraziləri var. Onların azad edilməsi Ukrayna dövləti üçün bir vəzifə və çağırışdır. BMT sülhməramlıların iştirakı halında Ukrayna bu məsələdən çəkilir və tərəflərin barışığı məsələsinə yenidən format olunur: Ukrayna və Donbas. Bəs Krım necə olacaq? Krım və Donbasa işğal edilmiş ərazilər kimi yalnız birlikdə baxmaq olar”, - Saakaşvili bildirib.

Sabiq prezident Cənubi Osetiya münaqişəsini xatırladıb: “Cənubi Osetiya təcrübəsi göstərdi ki, Rusiyanın iştirakı ilə sülh missiyası sülhə gətirib çıxarmadı. Bundan Gürcüstana hərbi müdaxilə üçün Putin tərəfindən istifadə edildi. Ukrayna belə səhvləri təkrarlamamalıdır”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm