Nida Xəbər
DİN vətəndaşlara çağırış etdi
Son günlər "WhatsApp" tətbiqində və ya sosial şəbəkələrdə vətəndaşların adına oxşar hesablar yaradılaraq onların yaxınları və tanışları ilə əlaqə saxlanılması, müxtəlif bəhanələrlə pul vəsaiti istənilməsi halları müşahidə olunur.
Bu barədə Publika.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, belə hallarda kiberdələduzlar tanıdığınız şəxsin adından, fotoşəklindən və digər məlumatlarından istifadə edərək saxta hesab yaradır, yaxınlarına yazaraq təcili pul göndərilməsini xahiş edirlər:
"Vətəndaşlara müraciət edərək bu cür mesajlara qarşı diqqətli olmağa, tanıdıqları şəxsin adından göndərilən, xüsusilə də pul vəsaiti tələb olunan şübhəli müraciətlərə dərhal inanmamağa çağırırıq.
Sizə tanıdığınız şəxsin adından pul göndərilməsi barədə mesaj daxil olarsa, ilk növbədə həmin şəxslə digər vasitə ilə əlaqə saxlayaraq məlumatın həqiqiliyini dəqiqləşdirin.
Şəxsin profil fotosunun və adının tanış olması hesabın məhz həmin şəxsə məxsus olduğunu təsdiq etmir.
Şübhəli hesab və mesajlarla qarşılaşdıqda pul vəsaiti göndərməyin, şəxsi və bank məlumatlarınızı paylaşmayın, şübhəli keçidlərə daxil olmayın.
Kiberdələduzluqla qarşılaşdıqda dərhal DİN-in "102" Xidməti-Zəng Mərkəzinə və ya Nazirliyin rəsmi sosial şəbəkə hesablarına müraciət edin".
-
İKT08:37Azərbaycanda bu şəxslər 5 min manatadək cərimələnə bilər
-
ABŞ03:44CENTCOM İranın yaydığı bu məlumatları təkzib etdi
-
Qoroskop01:40Günün ulduz falı: uğur qazanmaq üçün fürsət əldə edəcəksiz
-
Hadisə00:27Məktəbdəki insidentlə bağlı rəsmi açıqlama
-
Nida Xəbər 28 Oktyabr 20:36Azərbaycanın beynəlxalq sanksiya siyahısı yeniləndi - Aktivlər dərhal dondurulacaq
-
Sosial28 Oktyabr 18:20Azərbaycanda aliment artırılacaq
-
Avropa28 Oktyabr 17:57İspaniyada qatarların toqquşması nəticəsində ölənlərin sayı 64-də çatdı - YENİLƏNDİ
-
Dünya28 Oktyabr 17:40Azərbaycan İslam ölkələri arasında həmrəyliyin güclənməsinə töhfə verir - Ceyhun Məmmədov






.jpg)



.jpg)










.jpg)

.jpg)














.jpg)