Nida Xəbər
Ordu iki ay sonra İrəvana girə bilər: Ermənistanı məhv edəcək ÖLÜMCÜL ZƏRBƏ
ABŞ və Rusiya arasında başlanan “soyuq müharibə”nin
alovu Ermənistanı vurur. Gürcüstanda keçirilən NATO təlimlərindən
Putinin göstərişi ilə son anda imtina edən işğalçı ölkə çətin
vəziyyətdədir.
Publika.az xəbər verir ki, ABŞ-ın Ermənistandakı səfiri Riçard
Mills “Azadlıq” radiosunun erməni xidmətinə açıqlamasında “Bizim
istəyimiz Ermənistanın suveren qərarlar qəbul edə
bilib-bilmədiyindən arxayın olmaq, hansı iqtisadi və siyasi modeli
seçdiyini görməkdir” sözləri Vaşinqtonun İrəvan qarşısında son
şərtini irəli sürdüyünü göstərir.
“Ya suveren qərarlar qəbul et, ya da Rusiyanın kölgəsi olduğunu
birdəfəlik qəbul et”. Amerika Sarkisyan hakimiyyətini faktiki
olaraq dilemma qarşısında qoyub.
İrəvan Rusiyanın qoyduğu çərçivələrdən kənara çıxa bilmir. NATO
təlimlərində iştirakdan son anda imtina etməsi bunu bir daha sübut
etdi. Lakin Ermənistan ABŞ-dakı erməni diasporu və lobbisinin
dəstəyindən, onların göndərdiyi maliyyə yarımından da imtina edə
bilmir.
Rusiya ermənilərə hava-su kimi lazım olan pul əvəzinə dəmir yumruq
verir; Vaşinqtondakı erməni lobbisi isə ABŞ-ın Ermənistana maliyyə
yardımı ayırmasına nail olur. Rusiyadan imtina etmək Sarkisyanın
başına dəmir yumruğun endirilməsi, ABŞ-a tamamilə üz döndərmək isə
ən yaxşı halda erməni diasporunun şilləsini yeməkdir. İrəvanın
qarşı-qarşıya qaldığı dilemma budur və hər iki halda ölümcül zərbə
Sarkisyanın başının üzərini alıb.
Ermənistanın “Aykakan Jamanak” qəzeti yazır ki, ABŞ səfirinin
sözləri İrəvanın Moskva-Vaşinqton qarşıdurmasının burulğanında
qaldığını göstərir: “Ermənistanın müstəqilliyini ciddi təhlükələr
gözləyir. Faktiki olaraq, ABŞ-Rusiya qarşıdurması ermənilərin
müstəqilliyini təhdid edir”.
Qəzet noyabr ayında Ermənistanın Avropa İttifaqı ilə yeni çərçivə
sazişi imzalanmasının planlaşdırıldığına diqqət çəkib. Qeyd edib
ki, rəsmi İrəvan imzaların atılmasında heç bir problemin olmadığını
desə də, vəziyyət təhlükəli olaraq qalır.
“Mümkündür ki, Putin Sarkisyana bu sazişi imzalamağı qadağan edir,
ABŞ da “suveren qərar” deməklə Ermənistana mesaj verir”, - deyə
məqalədə bildirilir.
Gözləniləndir ki, noyabrda Ermənistan Avropa İttifaqı ilə yeni
saziş imzalamaqdan imtina etsin. Əks təqdirdə, Putin ordunu İrəvana
yeridə bilər.
Asif
-
Magazin200:45Reklam üçün açıq-saçıq libaslarda pozalar verdi - FOTO/VİDEO
-
Qoroskop00:00Günün ULDUZ FALI - Səbrinizin mükafatını alacaqsınız
-
İdman23 İyun 23:06DÇ-2026: Portuqaliya Özbəkistanı darmadağın etdi - YENİLƏNDİ
-
Magazin123 İyun 23:00Zarina məzun oldu - FOTO
-
Elm və təhsil23 İyun 22:24Azərbaycanda universitetlərə imtahansız qəbul - Bu şansı kimlər qazana bilir?
-
İdman23 İyun 22:12Ronaldo dünya çempionatları REKORDUNU QIRDI
-
Hadisə23 İyun 20:36Ağcabədidə itkin düşən əmioğlular paytaxtda tapıldılar - FOTO/YENİLƏNDİ
-
İKT23 İyun 20:24"ChatGPT" və "Claude" ÇÖKDÜ






































